Almaniya nümayəndə heyəti Milli Məclisdə olmuşdur

Mayın 31-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Almaniya Federativ Respublikasının Əmək və Sosial Məsələlər Federal Nazirliyinin Parlamentar dövlət katibi Ralf Brauksipin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Milli Məclisin sədri demişdir ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan Avropanın böyük dövlətlərindən biri hesab edilən Almaniya ilə əlaqələrə böyük önəm verir. Azərbaycan Prezidentinin Almaniyaya səfərləri ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfələr vermişdir. Hökumət və parlament nümayəndələrinin qarşılıqlı səfərləri də münasibətlərimizin daha da genişlənməsində mühüm rol oynayır. Ümid edirik ki, sizin bu səfəriniz hər iki ölkənin müvafiq nazirlikləri, eləcə də digər qurumlar arasında əməkdaşlığın genişlənməsinə təkan verəcəkdir.
Bu gün Azərbaycan ilə Almaniya arasında iqtisadi-ticarət əlaqələri də yüksələn xətlə inkişaf edir. Bununla belə 650 milyon dollarlıq ticarət dövriyyəsi mövcud potensialı əks etdirmir. Ticarət dövriyyəsini daha da yüksəltmək üçün geniş imkanlar vardır.
Oqtay Əsədov Azərbaycan Milli Məclisi ilə Almaniya Bundestaqı arasında əlaqələrin səviyyəsindən razılığını ifadə etmiş və demişdir ki, Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunda 20-dən artıq deputat təmsil olunur. Almaniya Bundestaqında olan həmkarlarımıza Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv mövqe nümayiş etdirdiklərinə görə təşəkkür edirik. Bu yaxınlarda Almaniya parlamentində qəbul olunan qətnamədə Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın haqlı mövqeyi dəstəklənir.
Oqtay Əsədov vaxtilə Azərbaycanda çoxlu sayda almanın da yaşadığını qonaqların diqqətinə çatdırmış, keçən il Göygöl rayonunda Milli Məclisin dəstəyi ilə Alman Mədəniyyəti Günlərinin keçirildiyini və bu tədbirdə Almaniyadan gələn nümayəndə heyətinin də iştirak etdiyini bildirmişdir.
Milli Məclisin sədri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nümayəndə heyətinə ətraflı məlumat vermiş və bildirmişdir ki, dinamik inkişaf yolunda olan Azərbaycan həm də Avropaya inteqrasiya olunur. Amma Ermənistanın Azərbaycana hərbi təcavüzü olmasaydı, bu inkişaf və inteqrasiya daha sürətli olardı.
Azərbaycanda onlara göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Ralf Brauksip əvvəlcə Milli Məclisin inzibati binası, parlamentin iclas zalı ilə tanışlıqdan sonra onda yaranan xoş təəssüratlarını diqqətə çatdırmışdır. Ölkəmizə səfər etməkdən məmnun olduğunu deyən qonaq, Almaniyanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirmişdir. O qeyd etmişdir ki, Almaniyanın işsizliyin aradan qaldırılması ilə bağlı böyük təcrübəsi vardır və ölkəsi bu təcrübəni Azərbaycanla paylaşmağa hazırdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında