Milli Məclisin deputatı Gülər Əhmədova "Xocalıya ədalət" kampaniyası çərçivəsində Çexiyaya və Belarusa səfəri ilə bağlı mətbuat konfransı keçirmişdir

Milli Məclisdə deputat Gülər Əhmədova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarlarının Xocalıda Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üzrə bu ilin fevralında Çexiyaya və Belarusa səfəri ilə bağlı mətbuat konfransı keçirmişdir.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Milli Məclisin mətbuat katibi Akif Nəsirov son vaxtlar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində böyük işlərin görüldüyünü vurğulamış, Milli Məclisin deputatı Gülər Əhmədovanın cari ildə bununla bağlı Çexiyaya və Belarusa səfərini diqqətə çatdırmışdır.
Gülər Əhmədova Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın təşəbbüskarı olduğu "Xocalıya ədalət" kampaniyası çərçivəsində bu iki ölkədə keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Beynəlxalq Diaspor Mərkəzi ilə birgə təşkil edilmiş səfər zamanı Çexiyaya və Belarusun ali təhsil ocaqlarında müəllim-tələbə heyəti ilə keçirilən görüşlərdə erməni qəsbkarlarının əzəli Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər faktlar və sənədlərlə iştirakçıların diqqətinə çatdırılmışdır. Təsadüfi deyil ki, Çexiya alimləri Praqada "Azadlıq" radiosuna müsahibədə Xocalıda baş verənləri insanlığa qarşı cinayət, soyqırımı adlandırmış və günahkarların məhkəməyə verilməsinin vacibliyini vurğulamışlar. Onların bu fikri qısa bir müddətdə demək olar ki, bütün dünyanı dolaşmış və ictimaiyyətin nəzərini bu problemə yönəltmişdir.
Mətbuat konfransında G.Əhmədova martın 17-dən 22-dək Türkiyəyə səfəri barədə də məlumat vermişdir. Bildirmişdir ki, 1915-ci ildə Çanaqqala savaşında qardaş Türkiyənin istiqlalı uğrunda üç minə yaxın azərbaycanlı şəhid olmuşdur. Bizim nümayəndə heyətimiz Çanaqqalada bu şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və xatirə lövhəsinin ucaldılması ilə əlaqədar keçirilən tədbirdə iştirak etmişdir. İstərdik ki, şəhid olmuş azərbaycanlıların xatirəsinə orada bir abidə də ucaldılsın, həmçinin onların adı və soyadı dəqiqləşdirilsin, araşdırmalar aparılsın. Hazırda bu istiqamətdə bizə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin "Birlik" təşkilatı yaxından kömək edir.
Sonda KİV nümayəndələrinin suallarını cavablandıran Gülər Əhmədova demişdir ki, ermənilər tərəfindən Azərbaycan xalqına qarşı zaman-zaman törədilən soyqırımı ilə bağlı Bakıda Çexiya və Belarus tarixçi alimlərinin iştirakı ilə elmi-praktiki konfransın keçirilməsi də nəzərdə tutulmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında