Filip QORDON: Güclü, müstəqil və demokratik Azərbaycan həmişə ABŞ-ın dostu və tərəfdaşı olacaqdır

Güclü, müstəqil və demokratik Azərbaycan həmişə ABŞ-ın dostu və tərəfdaşı olacaqdır.
Bu sözləri ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon Vaşinqtonda ABŞ-Azərbaycan münasibətlərinin 20-ci ildönümü ilə bağlı çıxışında demişdir. Bildirmişdir ki, ölkələrimiz arasında təhlükəsizlik, enerji, siyasi, iqtisadi və digər sahələr üzrə geniş əlaqələr mövcuddur.
Ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi məsələsinə də toxunan F.Qordon vurğulamışdır ki, Azərbaycan qlobal təhlükəsizlik sahəsində üzərinə götürdüyü məsuliyyətin öhdəsindən layiqincə gələcəkdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Filip Qordon bildirmişdir ki, problemin həlli yalnız beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində mümkündür. ABŞ isə ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün rəsmi Bakı ilə sıx əməkdaşlıq edir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında