Roland KOBİA: Avropa İttifaqı Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir

Avropa İttifaqı (Aİ) və ya Azərbaycanın ərazisində icazəsi olmadan yaşayan vətəndaşların qayıdışı üçün nəzərdə tutulan readmissiya haqqında saziş və viza rejimin sadələşdirilməsi məsələsi eyni vaxtda öz həllini tapmalıdır. 
Bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia demişdir.
Hər iki prosesin bir-birinə sıx bağlı olduğunu deyən R.Kobia təmsil etdiyi qurumun Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verdiyini bildirmişdir: "Bu danışıqlar çox böyük əhəmiyyətə malikdir. Çünki nəticədə Azərbaycan vətəndaşları Avropa İttifaqı ölkələrinə daha rahat səfər edə biləcəklər. Eyni zamanda, avropalılar da Azərbaycana maneəsiz gələcəklər".
Aİ-nin Viza Siyasəti Bölməsinin direktor müavini Diederik Paalman öz növbəsində danışıqların səmərəli keçəcəyini vurğulamışdır. Qurumun Beynəlxalq Əlaqələr Şöbəsinin direktor müavini Rob Rozenburq isə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulamışdır. O, məhz bunun nəticəsində qeyri-qanuni miqrasiyaların qarşısının alına biləcəyini bildirmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında