Xocalı qətliamını ağır müharibə cinayəti olaraq qiymətləndirmək lazımdır

Bundestaqın deputatları Katrin Verner və Annette Qrot bu fikirdədirlər
Almaniya Bundestaqının deputatları Xocalı soyqırımını amansız qətliam adlandırmışlar. İnsan Hüquqları Komitəsinin DIE LINKE (solçular) fraksiyasından olan deputatlar Katrin Verner və Annette Qrot 1992-ci il 26 fevral qətliamının 20-ci ildönümünə münasibət bildirirərkən demişlər ki,"Xocalı qətliamını ağır müharibə cinayəti olaraq qiymətləndirmək lazımdır."
Deputatlar qeyd etmişlər ki, Human Rights Watch və Rusiyanın İnsan Hüquqları Mərkəzi olan Memorial təşkilatları bunu Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsi uğrunda o vaxtkı müharibədə ən böyük qətliam adlandırmışlar. Aralarında xeyli sayda müharibə qaçqınları, xəstələr, qocalar, qadınlar və uşaqların da yer aldığı 600-dən artıq azərbaycanlı mülki əhali erməni silahlı qüvvələri tərəfindən amansızlıqla qətlə yetirilmişdir".
Katrin Verner deyib: "Xocalı qətliamı Ermənistan və Azərbaycan arasında uzun sürən münaqişələr tarixində kədərli və qəddar bir pik nöqtəsini təşkil edir. Qətliamın qurbanları, onların ailə üzvləri və varislərinin ağrısını bölüşürəm. Dinc mülki əhalinin kütləvi surətdə öldürülməsi üçün heç bir bəraət ola bilməz. Ermənistan müharibə zamanı humanitar müharibə hüququnu kobud şəkildə pozmuş və bununla da ağır müharibə cinayəti törətmişdir. Bu qətliam inkar edilə və ya başqa cür qiymətləndirilə bilməz. Bu, bir tarixi faktdır. Yalnız günahın qəbul edilməsi ilə yaralar sağaldıla və barışığa nail oluna bilər."
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Annette Qrot ermənilərin azərbaycanlıları qətlə yetirmələrindən fəxrlə danışmalarını həyasızlıq adlandırıb. O, deyib ki, cinayət cəzasız qala bilməz: "Cinayəti təkcə adı ilə adlandırmaq kifayət etmir. Bundan nəticələr çıxarmaq lazımdır ki, belə hadisələr bir də baş verməsin. Qurbanlar müdafiə olunmalı və cinayətkarlar cəzalandırılmalıdırlar. O zamankı milis dəstələrinin hələ də cəzasızlıq şəraitində ictimaiyyət arasında Xocalıda xeyli sayda müsəlmanları qətlə yetirməklə fəxr etməsi insanı alçaldan həyasızlıqdır.
Almaniya Cinayət Məcəlləsinin 189-cu maddəsində kütləvi cinayət qurbanlarının xatirəsinə hörmətsizliyin qadağan olunması yaxşı haldır. Cinayətin inkar edilməsi özü cinayətin bir hissəsidir və cəzasız qala bilməz".

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında