Azərbaycan dünyanın aparıcı dövlətlərindən birinə çevrilmişdir

Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikası Senatının sədr müavini Mir Can Camalinin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 29-da Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür. 
Milli Məclisin sədri demişdir ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Pakistan ilə əlaqələrimiz çox yüksək səviyyədədir. Münasibətlərimizin yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının rolunu xüsusi qeyd edən O. Əsədov demişdir ki, prezidentlərin qarşılıqlı səfərləri zamanı bir sıra mühüm sənədlər imzalanmışdır. Həmin sənədlər əməkdaşlığımızın daha da genişləndirilməsi üçün möhkəm hüquqi baza yaratmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən O. Əsədov problemin həlli ilə bağlı nümayiş etdirdiyi ədalətli mövqeyə görə, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyinə görə dost ölkəyə minnətdarlığını bildirmişdir.
O. Əsədov 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni faşistlərinin Xocalıda törətdikləri vəhşiliyin Pakistan parlamenti tərəfindən soyqırımı kimi tanınmasına görə, ayrıca təşəkkür etmişdir.
Milli Məclisin sədri Pakistan ilə Azərbaycanın BMT-də, İslam Əməkdaşlıq Təşkilatındakı əməkdaşlığını yüksək qiymətləndirmiş və demişdir ki, Azərbaycan da hər zaman beynəlxalq təşkilatlarda Pakistanın mövqeyini müdafiə edəcəkdir.
Azərbaycan ilə Pakistanın iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayan Milli Məclisin sədri qeyd etmişdir ki, Azərbaycanın neft-qaz sahəsində böyük təcrübəsi vardır və bu sahədə dost ölkəyə kömək göstərə bilər.
Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Mir Can Camali Azərbaycana ilk dəfə 1993-cü ildə səfər etdiyini, ötən dövr ərzində ölkəmizdə çox böyük müsbət dəyişikliklərin baş verdiyini xüsusi vurğulamışdır. O demişdir ki, Azərbaycan iqtisadi baxımdan dünyanın aparıcı dövlətlərindən birinə çevrilmişdir. Bu, bizi çox sevindirir. Hər bir dövlətin inkişafında onun liderinin böyük rolu vardır. Azərbaycanın bəxti gətirib ki, İlham Əliyev kimi güclü, praqmatik lideri vardır. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirməklə İlham Əliyev Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Bunun nəticəsidir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
Pakistan Dağlıq Qarabağı həmişə Azərbaycanın ərazisi hesab etmişdir və bu gün də hesab edir ki, Ermənistan Azərbaycana qarşı hərbi təcavüz edərək torpaqlarını işğal etmişdir. Biz Azərbaycanın razılığı olmadan Ermənistanla heç bir əlaqə qurmayacağıq.
Qonaq 2009-cu ildə Pakistanda baş vermiş zəlzələ zamanı Azərbaycanın göstərdiyi yardımı, Heydər Əliyev Fondunun zəlzələ bölgəsində qızlar üçün 500 yerlik məktəb tikib istifadəyə verdiyini xüsusi qeyd etmiş və bir daha minnətdarlığını bildirmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında