Əli HƏSƏNOV: "Erməni soyqırımı"na dair qanunun ləğvi Azərbaycan və Türkiyənin birgə uğurudur

Azərbaycan Fransa Konstitusiya Şurasının qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun ləğvinə dair qərarını alqışlayır.
"Bu, Azərbaycan və Türkiyə hökumətinin, iki qardaş ölkəni təmsil edən ayrı-ayrı strukturların dünyada, o cümlədən Fransanın daxilində həyata keçirdiyi tədbirlərin nəticəsidir. Çünki Fransa parlamenti qərarı qəbul etdiyi gündən, hətta ondan da qabaq Türkiyəni və Azərbaycanı təmsil edən müxtəlif strukturlar, o cümlədən dövlət qurumları, Azərbaycanın Avropa ölkələrindəki səfirlikləri, Avropa Şurası, ATƏT və digər qurumlardakı nümayəndələri, həmçinin Azərbaycan hökumətinə bağlı olan dairələr, diaspor təşkilatları, beynəlxalq təşkilatlarda fəaliyyət göstərən dostlarımız fəaliyyətə keçdilər və bunun da nəticəsi olaraq antidemokratik, yalan məlumatlar üzərində qurulmuş saxta qərar ləğv olundu". Bu fikirləri çərşənbə günü Trend-ə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir.
Bu münasibətlə Türkiyəni və Azərbaycanı təbrik edən Əli Həsənov bildirir ki, hər iki ölkənin bu tipli məsələlərdə birgə fəaliyyəti gələcəkdə də uğur qazanacaq:
"Düşünürük ki, artıq qondarma "erməni soyqırımı"nı siyasiləşdirərək ona qiymət verməyə çalışan dünya ölkələrinə Fransa Konstitusiya Şurasının çıxardığı bu qərar öz təsirini göstərəcək. Və yəqin ki, gələcəkdə, sözün həqiqi mənasında, bu tipli hadisələrin tarixdə baş vermiş hər hansı hadisələri siyasiləşdirməklə siyasilərin dili ilə deyil, məhz tarixi tədqiqatlar nəticəsində tarixçilərin dili ilə dəyərləndirilməsi baş verəcək. O zaman ayrı-ayrı ölkələr bundan siyasi faktor kimi istifadə etməyə qalxmayacaq".
Administrasiya rəsmisi daha sonra qondarma "erməni soyqırım"ının saxta olduğunu, heç bir erməni soyqırımı baş vermədiyini demişdir.
"Bu, ermənilərin uydurmasıdır, antitürk fəaliyyətinin tərkib hissəsidir. Onlar bu uydurma tarixdən istifadə edərək dünyada antitürk fəaliyyətlərini həyata keçirmək istəyirlər".
Əli Həsənov qeyd etmişdir ki, Azərbaycan ilə Türkiyənin birgə fəaliyyətinin nəticəsi idi ki, Fransa parlamentinin aşağı palatasının, Senatının qəbul etdiyi bu qərar Fransanın Konstitusiya Şurası tərəfindən ləğv olunmuşdur; "Əlbəttə, Fransa parlamentində qəbul olunmuş bu qərarın əleyhinə səs verən deputatların imzasını toplamaq, onlarla iş aparmaq böyük bir fəaliyyət tələb edirdi. Bilirsiniz ki, həmin dövrdə biz Azərbaycanla dostluq qrupuna daxil olan bir qrup, o cümlədən Sarkozinin partiyasında təmsil olunan fransız deputatları Azərbaycana dəvət etdik, Azərbaycan Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyeva onlarla görüşdü, biz onlarla müxtəlif müzakirələr apardıq. Azərbaycanda bu məsələyə cənab Prezident də daxil olmaqla, həm parlamentdə, həm Prezident Administrasiyasında müxtəlif qiymətlər verildi".
Görülən tədbirlər ona gətirib çıxardı ki, Fransa cəmiyyətində bu qanunun qeyri-düzgünlüyünə inananların sayı artdı və bu ədalətsiz qərar aradan qalxdı.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında