Fransanın Konstitusiya Şurası demokratik ənənələrə sadiq qalaraq Senatın səhvini düzəltmişdir

Fransanın Konstitusiya Şurası demokratik ənənələrə sadiq qalaraq Fransa Senatının səhvini düzəltmişdir. Konstitusiya Şurası qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqqında qanunu ləğv etmişdir.
Bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov demişdir.
Ə.Əhmədov bildirmişdir ki, Fransanın Konstitusiya Şurası prezidentin yox, Fransa ictimaiyyətinin fikrini nəzərə alaraq ölkənin demokratiya tarixinə ləkə vurulmasına imkan verməmişdir. Qədim dövlətçilik ənənələrinə malik olan bir ölkənin maraqları prezidentin şəxsi iddialarına qurban verilmədi və verilə də bilməzdi. Çünki bu tarixin ən böyük ədalətsizliyi olardı. Eyni zamanda, Fransanın dünyadakı nüfuzuna olduqca ağır zərbə vurardı. Qanunun ləğv edilməsində Türkiyə və Azərbaycan cəmiyyətlərinin eyni mövqedən çıxış edərək, birlik nümayiş etdirmələrinin də az rolu olmamışdır. Hər iki ölkədə cəmiyyətin müxtəlif təbəqələrinə aid insanlar səslərini ucaldaraq Fransa Senatına öz etirazlarını bildirmişlər. İstər Türkiyədə, istərsə də Azərbaycanda kütləvi aksiyalar keçirilərək Fransa Senatından ədalət tələb olunurdu.
"Birlik həmişə qələbənin əldə olunmasına stimul yaradır", -deyən Əli Əhmədov vurğulamışdır ki, Türkiyə və Azərbaycanın dostluğu və birliyi gələcəkdə daha böyük uğurların qazanılması üçün zəminin əsasını hazırlamışdır. Hər iki ölkənin gücünün artması dünyada Bakı və Ankaranın siyasi nüfuzlarını da artırır. Fransanın Konstitusiya Şurası bütün bunları nəzərə almışdır. Konstitusiya Şurası yalnız hüquqi deyil, məsələyə həm də siyasi baxımdan yanaşaraq çox düzgün qərar qəbul etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında