Lord Maqinnis: "Yüz il bundan əvvəl olan hadisəni deyil, ermənilərin törətdikləri Dağlıq Qarabağ faciəsini müzakirə etmək lazımdır"

Martın 29-da Böyük Britaniyanın parlamentində qondarma "erməni soyqırımı"nın tanınması məsələsi ilə bağlı aparılmış müzakirələrin detalları açıqlanmışdır.
Türkiyənin "Cihan" agentliyi müzakirənin stenoqramını yaymışdır. Stenoqrama əsasən, bir saat davam edən müzakirənin sonunda qondarma "erməni soyqırımı"nın tanınması və 24 aprelin İngiltərədə "Erməni soyqırımını anım günü" elan olunması barədə təklif səsə qoyulmadan rədd edilmişdir.
Toplantını müzakirənin təşəbbüskarı, dünyada ermənilərin ən yaxın dostlarından və təbliğatçılarından biri olan baronessa Kerolayn Koks açmışdır. İndiyədək 69 dəfə Ermənistan və Dağlıq Qarabağda olduğunu bildirən K.Koks demişdir ki, tanınmayan hər bir soyqırımı yeni soyqırımların baş verməsinə şərait yaradır. Baronessa qondarma "erməni soyqırımı"nı tanımayan İngiltərə hökumətini tənqid etmişdir.
Qondarma "erməni soyqırımı"ndan bəhs edən "Mavi kitab"a ön söz yazmış Lord Avebar da çıxışında K.Koksa dəstək vermişdir.
Lord Hilton isə 1915-ci il hadisələrinin üzücü olduğunu, lakin bunu soyqırımı adlandırmağın mənasızlığını vurğulamışdır. Onun sözlərinə görə, belə bir addım Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına da zərər vura bilər: "Soyqırımı sözünü 1915-ci il hadisələri ilə əlaqələndirmək yersiz olar".
Lord Maqinnis isə açıq şəkildə qondarma "erməni soyqırımı" iddialarının əleyhinə çıxmışdır. O, bu hadisənin bir əsr əvvəl baş verdiyini xatırlatmışdır: "Osmanlı İmperiyasının dağılma dövrü olan 100 il bundan əvvəlki hadisəni deyil, ermənilərin törətdikləri faciəni - Dağlıq Qarabağ hadisələrini müzakirə etmək lazımdır".
Lord Maqinnis Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyəyinə düşdüyünü vurğulamışdır: "Mən sistematik etnik təmizləmə üçün bir səbəb olduğuna inanmıram. O vaxt rus-erməni ittifaqı vardı və bu təxribatı onlar törətmişlər. Nəticədə heç kimin arzulamadığı hadisələr baş vermişdir". Lord Maqinnis "soyuq müharibə" dövründə Avropanın təhlükəsizliyini qorumaq üçün tıxac rolunu oynayan Türkiyəni Qərb dünyasından uzaqlaşdırmağın yanlış və təhlükəli olacağını vurğulamışdır: "İngiltərə bunu xatırlamalıdır ki, Kamal Atatürk 1922-ci ildə Türkiyəni yeni bir yola qoymuşdur. Türkiyə bu tarixdən sonra bizim müttəfiqimiz olmuş və 90 ildir belə davam edir. NATO ilə Varşava paktı arasında mübarizənin getdiyi təhlükəli bir dövrdə Türkiyə Avropanın azadlığını və təhlükəsizliyini qorumuşdur. Məncə, biz Birləşmiş Krallıq olaraq türk dostlarımızı özümüzdən uzaqlaşdırmamalıyıq. ABŞ Konqresi də eyni şəkildə diqqətli olmalıdır".
Lord Kilkuni də Dağlıq Qarabağ hadisələrini gündəmə gətirərək minlərlə azərbaycanlının ermənilər tərəfindən öldürüldüyünü bildirmişdir. Hazırda Türkiyə ilə Ermənistan arasında münasibətlərin inkişafında müəyyən dinamikanın olduğunu xatırladan Kilkuni 1915-ci il hadisələri zamanı həm türk, həm də ermənilər tərəfdən minlərlə insanın öldüyünü demişdir: "Soyqırımı iddialarını dəstəkləmək yanlış olar".
Lord Vallas isə vaxtilə İngiltərənin Hindistanda müsəlman icmasını məhv etdiyini xatırlatmışdır: "Şübhəsiz ki, minlərlə erməni qətlə yetirilmişdir. Çoxlu sayda yunan da öldürülmüşdür, lakin Atatürk yunanlarla müharibəni uduzsaydı, o zaman türklər qətlə yetiriləcəkdi. Bu, müharibələrin təbii nəticəsidir".
Müzakirənin sonunda dövlət naziri, baronessa Kinnok bildirmişdir ki, İngiltərə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini sonadək dəstəkləyəcəkdir. İngiltərə hökuməti bu prosesi zədələyəcək hər hansı açıqlama verməyəcəkdir. Hazırda 1915-ci il hadisələrinin soyqırımı olduğuna qərar verəcək bir hüquqi instansiya yoxdur. İngiltərə hökumətinin bu hadisələri soyqırımı olaraq tanıması doğru olmazdı".
Baronessa Kinnok Böyük Britaniya hökumətinin "erməni soyqırımı"nı tanımayacağını və Kardiffdə keçiriləcək mərasimə təmsilçini göndərməyəcəyini bəyan etmişdir.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında