Xocalını unutmayaq

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ötən əsrin sonlarının ən ağır qətliamı - Xocalı soyqırımı daim diqqət mərkəzindədir. Bu faciə mövzu kimi tələbələrin diplom işlərində əks olunur, Tədris Teatrında tamaşa-kompozisiyalar göstərilir. Faciənin ildönümü ilə bağlı universitetin kultrologiya və aktyor sənəti fakültələrinin birgə hazırladıqları "Xocalını unutmayaq" adlı kompozisiya da bu sıradandır. 
İki fakültənin tələbə və müəllimlərinin iştirakıyla səhnələşdirilən tamaşa-kompozisiya anım mərasiminin iştirakçılarında vətənpərvərlik hissləri, düşmənə sonsuz nifrət duyğuları oyadırdı. Tələbələrdən Yeganə Əliyevanın publisistik çıxışı, Hicran Eyvazovanın, Zəhra Hacıyevanın, Tural Əliyevin, Natavan Mirzəyevanın, Tahirə Ayzalovanın emosional bədii qiraətləri, Kənan Babayevlə Kənan Kərimovun Məmməd Arazdan, Bəxtiyar Vahabzadədən, Qabildən söylədikləri bədii parçalar və özlərinin qələmə aldıqları mənsur şeirlər tamaşaçıları təsirləndirdi.

{nl}

İntiqam MEHDİZADƏ


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında