Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir

Fevralın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində tikinti sektorunda əməyin təşkili, təhlükəsizlik qaydalarına riayət olunması və muxtar respublikada yanacaq ehtiyatının yaradılması məsələlərinə həsr olunmuş müşavirə keçirilmişdir.
Müşavirədə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov və muxtar respublikanın prokuroru Səbuhi Şahverdiyev tikinti sektorunda əməyin təşkilinin vəziyyəti və təhlükəsizlik qaydalarına riayət olunmasının vəziyyəti barədə çıxış etmişlər.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev, muxtar respublikanın daxili işlər naziri Əhməd Əhmədov, fövqəladə hallar naziri Şamı Abdullayev, iqtisadi inkişaf naziri Famil Seyidov, vergilər naziri Əli Mahmudov, Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Malik Rzayev, Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru Bəhruz Əzimov və Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli müzakirə olunan məsələlərlə əlaqədar məlumat vermişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov demişdir ki, ölkəmizdə təsdiq olunmuş dövlət proqramları, həyata keçirilən layihələr nəticəsində tikinti işlərinin həcmi ildən-ilə artır. Nəticədə minlərlə iş yerləri açılır, məşğulluq problemi aradan qaldırılır, əhalinin rifah halı yaxşılaşdırılır. Naxçıvan Muxtar Respublikasında da tikinti-quraşdırma və abadlıq işlərinin həcmi ildən-ilə öz əhatə dairəsini genişləndirir. Muxtar respublikanın tikinti təşkilatlarında 12 min nəfərə yaxın işçi çalışır. Ötən il bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının həcmi 420 manatdan çox olmuşdur. Bu göstəricilər tikinti sektorunun muxtar respublika iqtisadiyyatındakı rolunu və əhəmiyyətini göstərməklə yanaşı, bu sahədə əməyin təşkili və təhlükəsizlik məsələlərinə diqqətin artırılmasını da zəruri məsələlər sırasına çıxarmışdır.
Bununla bağlı müşavirənin keçirilməsində məqsəd tikinti, əsaslı təmir, yenidənqurma və bərpa işləri zamanı tikinti aparan sifarişçilər və inşaat işlərini yerinə yetirən şəxslər tərəfindən tikinti norma və qaydalarına riayət olunmasını təmin etmək, yol verilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirləri həyata keçirmək, insanların həyatı, sağlamlığı və əmlakı üçün təhlükə yaradan işlərin qarşısını vaxtında almaq və yüksək tikinti mədəniyyətini formalaşdırmaqdan ibarətdir.
Qeyd olunmuşdur ki, tikinti sektorunda əməyin təşkili və təhlükəsizlik qaydalarına riayət olunması məsələləri hələ ötən il iyun ayının 8-də Ali Məclisdə "İstehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbirlər"lə bağlı keçirilən müşavirədə müzakirə olunmuş və müvafiq tapşırıqlar verilmişdir. Ötən müddət ərzində bu sahədə bir çox işlər həyata keçirilmişdir. Lakin hələ də bu istiqamətdə görüləsi bir çox vacib işlərin icra olunmaması, bəzi çatışmazlıqların mövcudluğu və yeni tikinti mövsümünün yaxınlaşması inşaat sektorunda qarşıda duran məsələlərin bir daha nəzərdən keçirilməsini zəruri etmişdir.
Ali Məclisin sədri müşavirədə aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar vermişdir.
Müşavirədə muxtar respublikada yanacaq ehtiyatının yaradılması barədə məsələlər də müzakirə olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında