Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir

Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Naxçıvan şəhərindəki Xatirə kompleksində anma mərasimi keçirilmişdir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Xatirə kompleksindəki soyqırımı abidəsinin önünə gül qoymuş, Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmişdir.
Nazirlik, komitə, baş idarə, müəssisə və təşkilatların rəhbərləri, hərbi hissələrin komandirləri və ictimaiyyətin nümayəndələri də Xocalıda erməni vəhşiliklərinin qurbanı olmuş yüzlərlə günahsız soydaşımızın xatirəsini yad etmişlər.
Xatirə kompleksindəki anma mərasimindən sonra Ali Məclisin sədri, ziyalılar və ictimaiyyətin nümayəndələri Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Televiziyasının hazırladığı "Azərbaycanlıların soyqırımı" sənədli filminə baxmışlar.
Filmdə qeyd olunur ki, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik "böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədi ilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törətmişlər. XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı səhifəsidir. Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın o zamankı və indiki rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür. Filmdə xüsusi vurğulanır ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır.
Naxçıvan şəhərində olduğu kimi, muxtar respublikanın rayon mərkəzlərində də Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı anma mərasimləri keçirilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında