Ketrin EŞTON: "Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəbdir və onu həll etmək zəruridir"

"Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycan və Ermənistana dəstək verilməsində daha güclü rol oynamaq istəyərdi. Bu münaqişə çox mürəkkəbdir və onu həll etmək zəruridir".
APA-nın məlumatına görə, bu bəyanatla Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eşton Brüsseldə Avropa Birliyi Şurasının iclasında çıxış etmişdir.
Ketrin Eşton qeyd etmişdir ki, iclasda Cənubi Qafqazda və ayrı-ayrılıqda Azərbaycan, Ermənistan və Gürcüstanda durum müzakirə olunacaq: "Cənubi Qafqazla bağlı müzakirələrin əsas mövzularından biri Dağlıq Qarabağ münaqişəsi olacaq. Biz Avropa Birliyinin bu münaqişənin nizamlanmasında hansı işlər görə biləcəyini müzakirə edəcəyik".
Avropa Birliyi münaqişənin nizamlanmasında rəsmi vasitəçi olmasa da, Filipp Lefortu Cənubi Qafqaz və Gürcüstanda böhranlar üzrə xüsusi nümayəndə təyin etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında