Rusiyanın Azərbaycandakı keçmiş səfiri: "Beynəlxalq ictimaiyyət günahsız Xocalı qurbanları qarşısında çox borcludur"

"Beynəlxalq ictimaiyyət günahsız Xocalı qurbanlarının qarşısında çox borcludur. Çünki 20 il ərzində çox az adam Xocalıda baş verənləri xatırlayıb və diqqət göstərib".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri Rusiyanın Azərbaycandakı keçmiş səfiri Vasili İstratov demişdir.
O qeyd etmişdir ki, Azərbaycanda insanlar Xocalı hadisələri haqqında kifayət qədər məlumatlı olsalar da, bu faciəni hər zaman həssaslıqla xatırlasalar da, bu, ölkə xaricində o qədər də gözəçarpan deyil: "Biz bu hadisənin emosional, mənəvi qiymətləndirilməsinə çalışmaqla yanaşı, 20 il öncə Dağlıq Qarabağda baş vermiş hadisəyə siyasi və hüquqi qiymət verilməsinə də nail olmalıyıq".
V.İstratov Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən təşkil olunan "Xocalı hadisələrinin hüquqi aspektləri" adlı tədbirdə bu məsələyə dair çox konstruktiv təkliflər edildiyini söyləyib: "Hesab edirik ki, bundan sonra dünyada və Rusiyada 20 il əvvəl baş verən Xocalı hadisəsi daha çox diqqət mərkəzində olacaq".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında