Latviya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına tərəfdardır

Fevralın 24-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan latviyalı həmkarı Edqars Rinkeviçs ilə görüşmüşdür. Görüşdən sonra birgə mətbuat konfransı keçirən nazirlər müzakirə olunan məsələlər barədə ətraflı məlumat vermişlər. 
Nazir E.Məmmədyarov bildirmişdir ki, görüşdə Azərbaycan ilə Latviya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq, eləcə də regional məsələlər müzakirə olunmuşdur. Azərbaycan ilə Latviya arasında münasibətlər yüksək səviyyədədir və görüş zamanı münasibətlərin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması prosesində Azərbaycanın mövqeyi latviyalı qonağın nəzərinə çatdırılmışdır. Bundan başqa, Azərbaycan və Latviya əsgərlərinin Əfqanıstanda sülh yaratma missiyasına cəlb olunduqlarına görə, bu məsələyə də toxunulmuşdur.
E.Məmmədyarovun sözlərinə görə, təhsil sahəsində ölkələrimiz arasında əməkdaşlıq da geniş müzakirə obyekti olmuşdur. Azərbaycanda latviyalı, Latviyada isə azərbaycanlı tələbələr təhsil alırlar. Təhsil sahəsindəki əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi haqqında razılıq əldə olunmuşdur.
Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs rəhbərlik etdiyi nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərək demişdir ki, Azərbaycan Prezidenti və xarici işlər naziri ilə görüşlər çox səmimi şəraitdə keçmişdir. Əlaqələrimiz yüksək səviyyədədir və biz bu əlaqələri daha da gücləndirməliyik. Təhsil sahəsində bir sıra layihələr çox geniş şəkildə müzakirə edilmişdir. Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlər də nəzərdən keçirilmişdir. Biz Azərbaycan ilə Avropa İttifaqı arasında xüsusi strateji tərəfdaşlıq təşəbbüsünü dəstəkləyirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynayır. Bunlarla yanaşı, NATO ilə Azərbaycanın əməkdaşlığı haqqında da söhbət apardıq. Latviya NATO-ya üzv olan bir ölkə kimi Azərbaycana Əfqanıstanda göstərdiyi sülh yaratma fəaliyyətinə görə təşəkkürünü bildirir. Regional məsələlərin müzakirəsi zamanı Dağlıq Qarabağ münaqişəsi barədə söhbət apardıq. Latviya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına tərəfdardır.
Latviyalı nazir fürsətdən istifadə edib "Eurovision" mahnı müsabiqəsinin Bakıda keçiriləcəyi münasibətilə təbriklərini çatdırmış və bildirmişdir ki, Bakının gözəlliyini avropalı qonaqlara nümayiş etdirmək üçün yaxşı imkan yaranacaqdır.
Sonra nazirlər mətbuat nümayəndələrinin suallarını cavablandırmışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında