Əli HƏSƏNOV: Xocalı soyqırımını törədənlər Ermənistanın keçmiş və indiki rəhbərliyi olmuşdur

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov fevralın 24-də "Trend"ə ekskluziv müsahibəsində demişdir ki, Xocalı soyqırımını törədənlər Ermənistanın keçmiş və indiki rəhbərliyi, Dağlıq Qarabağdakı separatçı rejim olmuşdur. 
"Azərbaycan Prezidentinin Xocalı soyqırımının 20 illiyi ilə bağlı Azərbaycan xalqına müraciəti yayılıb. Bu müraciətdə birmənalı şəkildə bu soyqırımı törədənlər, bu faciənin dəhşətləri və onun insanlığa qarşı bəşəri cinayət olduğu öz əksini tapıb. Hadisəni törədənlərin keçmiş və indiki Ermənistan rəhbərliyi və Dağlıq Qarabağdakı separatçı rejim olduğu birmənalı şəkildə bəyan edilib. Bu cinayətkarların nə zamansa beynəlxalq məhkəmə, ədalət məhkəməsi qarşısında dayanacaqları və Xocalıda törətdikləri vəhşiliklərə görə, bu antiinsani cinayətlərə görə cavab verəcəkləri rəsmi şəkildə bəyan olunub".
Əli Həsənov bildirib ki, Prezidentin bu müraciətində Xocalı soyqırımının dəhşətlərinin dünya ictimaiyyətinə çatdırılması, dünyada ona hüquqi-siyasi qiymətin verilməsi ilə bağlı ciddi çağırışlar öz əksini tapıb. Son 20 ildə dünyada bu sahədə müəyyən işlər aparılmış, müəyyən tədbirlər keçirilmişdir.
"Bəzi ölkələr, o cümlədən Pakistan, Meksika, İslam Əməkdaşlıq Təşkilatı bu cinayətə hüquqi-siyasi qiymət verib. Lakin bundan sonra Azərbaycan hökuməti sistemli şəkildə dünyanın əksər ölkələrində bu faciəyə hüquqi-siyasi qiymət verilməsi, dünya ictimaiyyətinin Xocalı həqiqətləri ilə tanış olması istiqamətində iş aparmalıdır. Həm Azərbaycan dövləti, onun müvafiq diplomatik qurumları, həm xaricdə yaşayan azərbaycanlılar, diaspor təşkilatları, həm də digər qeyri-hökumət təşkilatları və Azərbaycanın kütləvi informasiya vasitələri bu sahədə sistemli iş aparmalıdır".
Əli Həsənov qeyd etmişdir ki, məsələ qoyulubdur ki, Xocalı soyqırımı tipli hadisələrin qarşısının alınması və Xocalı tipli hadisələrə siyasi qiymət verilməsi, dünyada bu hadisələrin pislənilməsi Azərbaycan dövlətinə ona görə lazımdır ki, bir tərəfdən belə hadisələrin gələcəkdə təkrarlanmasına yol verilməsin, digər tərəfdən isə Azərbaycanın qarşılaşdığı Dağlıq Qarabağ münaqişəsində ermənilərin iç üzü açılsın, onların bölgədə yürütdüyü işğalçılıq siyasəti, antiinsanı tədbirləri öz əksini tapsın.
Administrasiya rəsmisi bildirib ki, bu gün, sabah və birigün dünyanın 70-ə qədər ölkəsində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçiriləcək:
"Bu tədbirlər müxtəlif matəm yürüşlərindən tutmuş, izdihamlı toplantılar, ayrı-ayrı beynəlxalq təşkilatların ofisləri qarşısında piketlər, böyük konfranslar və digər formalarda həyata keçiriləcək. Bu tədbirlərə təkcə dünyada yaşayan azərbaycanlılar, azərbaycanlıları təmsil edən qurumlar deyil, eyni zamanda, xarici ölkələrin vətəndaşları, insan hüquqları ilə məşğul olan qurumları, parlament nümayəndələri, ictimaiyyət, KİV-ləri təmsil edən nümayəndələri cəlb olunacaq... Bu tədbirlərin əhatə etdiyi strukturların iştirakı baxımından Azərbaycan bütün gücünü ona istiqamətləndirib ki, Xocalı soyqırımı dünyada öz layiqli qiymətini alsın".

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında