Millət vəkili Sinan OĞAN: Ümid edirəm ki, qanun qəbul olunacaq

Türkiyə Böyük Millət Məclisinin hüquq komissiyası Xocalı soyqırımının rəsmən tanınmasını nəzərdə tutan qanun layihəsini öyrənir.
Məlumatı "Media forum" saytına qanun layihəsinin müəllifi, Türkiyə parlamentində müxalif Milliyyətçi Hərəkat Partiyasını təmsil edən deputat Sinan Oğan vermişdir: "Hüquq komissiyası hələlik qanun layihəsi haqda konkret qərar verməyib. Ümid edirəm ki, qanun qəbul olunacaq və fevralın 28-də Türkiyə Böyük Millət Məclisində keçiriləcək müzakirələrdə uyğun bir qərar qəbul ediləcək".
Sinan Oğan bildirmişdir ki, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu fevralın 23-də Böyük Millət Məclisində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı mətbuat konfransı keçirmişdir. Dostluq qrupunun sədri Necdet Ünüvar və deputat Əli Özgündüzün də iştirak etdiyi mətbuat konfransında ermənilərin törətdikləri Xocalı soyqırımı haqda məlumat verilmişdir: "Biz beynəlxalq birlikdən Xocalı soyqırımına hüquqi və siyasi qiymət verilməsini, bu qətliamı törədənlərin cəzalandırılmasını tələb edirik".
Sinan Oğanın Türkiyə parlamentinə təqdim etdiyi qanun layihəsində Xocalıda ermənilərin törətdiyi qətliamın soyqırımı kimi tanınmasının zəruriliyi əsaslandırılmışdır, 26 fevralın Türkiyədə "Xocalı soyqırımı qurbanlarının xatirəsini anma günü" elan olunması təklif olunmuşdur. Qanun layihəsində ölkənin böyük şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələrin ucaldılması, Ankaradakı Paris prospektinin Xocalı prospekti adlandırılması, De Qol prospektinə isə Xocalı qurbanlarından birinin adı verilməsi təklifləri də əksini tapmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında