Türkiyə - Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımı ilə bağlı bəyanat yaymışdır

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı bəyanat yaymışdır. 
Bəyanatın məzmunu ilə əlaqədar qrupun sədri, millət vəkili Necdət Ünüvar bildirmişdir ki, Xocalı qətliamı planlı olaraq törədilmiş və bu vandalizm aktını həyata keçirənlər müxtəlif platformalarda etiraflarına rəğmən hələ də cəzalandırılmamışlar.
Bəyanatda bildirilir ki, "1992-ci il fevralın 25-26-da Azərbaycanın Qarabağ bölgəsinin Xocalı şəhərində ermənilərin törətdikləri qətliamlarda 106 qadın, 83 uşaq və 70-dən çox yaşlı insan daxil olmaqla 613 Azərbaycan türkü məruz qaldığı işgəncələr nəticəsində həlak olmuşdur. Bu qətliam zamanı 487 nəfər ağır yaralanmış, 1275 nəfər girov götürülmüş və 150 nəfər itkin düşmüşdür. İnkar edilməsi mümkün olmayan sənədlərlə sübut olunmuş bu hadisələr beynəlxalq konvensiyalara görə bəşəriyyətə qarşı bir cinayət sayılır.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın yanındadır və qardaş ölkənin bu istiqamətdə bütün səylərini dəstəkləyir. Biz, Xocalı həqiqətlərinin bütün dünya ictimaiyyətinə anladılması və günahkarların cəzalandırılması üçün Azərbaycanı hər cür dəstəkləməyə davam edəcəyik.
Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını təcili olaraq azad etməli, BMT başda olmaqla bütün beynəlxalq təşkilatlar bu məsələdə öz vəzifələrini yerinə yetirməlidirlər".
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu üzvlərinin mətbuat konfransında Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı keçirilən tədbirlər haqqında jurnalistlərə məlumat verilmişdir.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında