Milli Məclisin deputatı Türkiyədə Xocalı soyqırımı ilə bağlı tədbirlərdə iştirak etmişdir

Türkiyədə səfərdə olan Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Ceyhan bələdiyyəsi tərəfindən təşkil olunan konfransda çıxış etmişdir. 
Əvvəlcə konfransda Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımı ilə bağlı hazırlanmış film və faciənin dəhşətlərini əks etdirən fotosərgi nümayiş olunmuşdur.
Ceyhan bələdiyyəsinin sədri Hüseyn Sözlü tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında ətraflı məlumat vermişdir. O, Ceyhan bələdiyyəsinin Xocalı soyqırımını tanıdığını və bununla bağlı rəsmi sənəd də qəbul etdiyini bildirmişdir. H.Sözlü bu faciənin bütün dünyanın diqqətinə çatdırılmasının hər bir türkün vəzifəsi olduğunu demişdir.
Konfransda çıxış edən Qənirə Paşayeva Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi soyqırımının bütün dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulamışdır. Bildirilmişdir ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayətdir.
Q.Paşayeva Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, ermənilərin Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlının öz doğma yurdlarından didərgin düşməsi, Dağlıq Qarabağ həqiqətləri barədə məlumatların daha geniş coğrafiyada yayılmasının vacibliyini bildirmişdir.
Azərbaycanlı deputat hər kəsi fevralın 26-da "Hamımız Xocalıdanıq, Hamımız Qarabağdanıq" adı altında İstanbulun Taksim meydanında keçiriləcək mitinqdə iştirak etməyə çağırmışdır.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında