Əli HƏSƏNOV: Xocalı soyqırımının dünyada tanıdılması və faciə günahkarlarının ifşası istiqamətində bu il ciddi nailiyyətlər əldə edəcəyik

"Azərbaycan hökuməti bu il Xocalı soyqırımı ilə bağlı daha mütəşəkkil tədbirlər həyata keçirir. Bu il Xocalı faciəsinin 20-ci ili tamam olur. 20 illiyin yüksək - Xocalı şəhidlərinin ruhuna layiq, faciənin səviyyəsinə adekvat şəkildə keçirilməsi Azərbaycan Prezidenti tərəfindən sanksiyalaşdırılıb". 
Bu fikri APA-ya açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir. Şöbə müdiri Azərbaycan Prezidentinin Xocalı soyqırımının qeyd olunması ilə bağlı sərəncamının olduğunu xatırladaraq bildirmişdir ki, müvafiq tədbirlər ölkə ilə yanaşı, xaricdə də mütəşəkkil qaydada keçiriləcək: "Bir ucu Asiya ölkələri, bir ucu Avropa, bir ucu Amerika qitəsi ölkələrində - demək olar ki, Azərbaycan səfirliklərinin, diasporunun təmsil olunduğu, xarici siyasətimizin əli çatan bütün ölkələrdə, bütün dairələrdə tədbirləri sistemli şəkildə keçirmək və həmin ölkələrin ictimai dairələrinin diqqətini bu faciəyə, o vəhşilikləri törədənlərə cəlb etmək fikrimiz var.
Azərbaycan hökuməti harada mümkündürsə, Xocalı faciəsinin həmin ölkələrin parlamentində və digər qanunverici orqanlarında tanıdılması istiqamətində ciddi addımlar atır. Bu iş də sistemli şəkildə aparılır. Bu il biz həm dünyada fəaliyyət göstərən diaspor təşkilatlarımızın, həmçinin "Xocalıya ədalət!" kampaniyası çərçivəsində Leyla Əliyevanın sədrliyi ilə həyata keçirilən tədbirlərin effektivliyinin, Heydər Əliyev Fondunun və digər təşkilatların neçə illərdən bəri gerçəkləşdirdiyi tədbirlərinin təsirliyinin artırılması istiqamətində vahid proqram əsasında işlər həyata keçiririk. Düşünürük ki, yaxın müddətdə bunun nəticələrini həm Azərbaycan, həm də dünya ictimaiyyəti görəcək. Bu il biz Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması, bu faciənin günahkarlarının ifşa edilməsi istiqamətində sözün həqiqi mənasında ciddi nailiyyətlər əldə edəcəyik".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında