ABŞ Konqresində Xocalı faciəsi ilə bağlı daha bir bəyanat səslənmişdir

Təəssüf ki, bu gün Azərbaycandan xaricdə Xocalının taleyinə kifayət qədər diqqət yetirən yoxdur. 
Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupunun həmsədri Dən Boren bildirmişdir. Xocalı faciəsinin 20 illiyi ilə bağlı verdiyi bəyanatda oklahomalı konqresmen diqqətə çatdırmışdır ki, yüksək səviyyəli rəsmi şəxslərin səlahiyyətlərindən biri də tanınması zəruri olan həqiqətləri üzə çıxarmaqdır. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərinə erməni silahlı qüvvələrinin hücumu nəticəsində şəhər və onun sakinləri tamamilə məhv edilmişdir. Amerika qanunvericisi xatırlatmışdır ki, vaxtında Xocalı faciəsi beynəlxalq media tərəfindən, o cümlədən "Boston Globe", "Vaşinqton Post", "New-York Times", "Financial Times" qəzetləri və bir çox Avropa və Rusiya xəbər agentlikləri tərəfindən geniş işıqlandırılmışdı. Qeyd edilmişdir ki, Xocalı şəhəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ərzində Azərbaycan mənşəli əhalinin ən böyük qırğına məruz qaldığı məkandır. Yeddi min əhalisi olan Xocalı hücumdan sonra tamamilə yerlə-yeksan edilmiş, yüzlərlə insan vəhşicəsinə qətlə yetirilmiş və yaralanmışdır.
Dən Borenin sözlərinə görə, 20 il üstündən keçsə belə, münaqişə həll edilməmiş qalır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri prezidentlərinin son bəyanatına istinad edən konqresmen "status kvo"nu qəbuledilməz adlandırmışdır. O demişdir: "Azərbaycan ABŞ-ın güclü strateji tərəfdaşı və dostudur. Xocalı faciəsi bəşəriyyətə qarşı cinayət idi. Mən, həmkarlarımı azərbaycanlılarla birgə bu faciəni anmağa çağırıram".

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında