Konqresmen Stiv Koen: Xocalı faciəsinin ildönümü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərimizi daha da artırmaq zərurətini xatırladır

ABŞ Konqresində Tennesi ştatının demokrat təmsilçisi Stiv Koen Nümayəndələr Palatasında Xocalı qırğınının 20-ci ildönümü ilə bağlı bəyanatla çıxış etmişdir.
Konqresmen bildirmişdir ki, faciənin ildönümü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərin artırılması zərurətini xatırladır. O, öz ölkəsini, ATƏT-in Minsk qrupunun həmsədri kimi, bu uzunmüddətli münaqişənin nizamlanması ilə ciddi məşğul olmağa çağırmışdır.
Stiv Koen Konqresdəki həmkarlarını dünyanın mürəkkəb və strateji baxımdan əhəmiyyətli bölgəsində ABŞ-ın güclü müttəfiqi olan Azərbaycandakı dostlarla birlikdə Xocalı faciəsini anmağa çağırmışdır. Konqresmen bildirmişdir ki, 1992-ci il fevralın 25-26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki vətəndaşlara qarşı ən böyük qırğın törədilmişdir. Nə vaxtsa yeddi min əhalisi olan Xocalı şəhəri erməni silahlı qüvvələri tərəfindən tamamilə yerlə-yeksan edilmiş, 106-sı qadın, 83-ü uşaq olmaqla 613 nəfər qətlə yetirilmişdir. Onların 56 nəfəri xüsusi qəddarlıq və işgəncə ilə öldürülmüşdür. 1.275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüş, 76-sı azyaşlı uşaq olmaqla, 487 nəfər əlilə çevrilmişdir. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmiş, 130-u isə ən azı bir valideyndən mərhum edilmişdir. S.Koen faciənin dəhşətli təfsilatları haqqında danışarkən, o zaman hadisə barədə yazan, ABŞ-ın "Newsweek", "Times" jurnallarına, eləcə də Rusiyanın "Memorial" təşkilatının məlumatlarına istinad etmişdir.
Konqresmen demişdir ki, Xocalı əhalisinin bir qismi hücum ərazisindən çıxmaq istəyərkən pusquya düşmüş və vəhşi işgəncələrlə öldürülmüşdür. Konqresmen ermənilər tərəfindən qadın, uşaq və yaşlı insanlara qarşı zorakılığı və işgəncələri "təsviredilməz" adlandırmışdır.

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında