ATƏT-ə 2014 və 2015-ci illərdə sədrlik edəcək ölkələrin adları açıqlanmışdır

ATƏT-ə 2014-cü ildə İsveçrə, 2015-ci ildə isə Serbiya sədrlik edəcək.
APA-nın məlumatına görə bu qərar ATƏT-in fəaliyyətdə olan sədri Eymon Qilmor tərəfindən açıqlanmışdır.
Xatırladaq ki, İsveçrə və Serbiyanın namizədliyi ilə bağlı təklif ATƏT Xarici İşlər Nazirləri Şurasının ötən ilin dekabrında Vilnüsdə keçirilən toplantısında səsləndirilmişdir. Bu posta Serbiyanın namizədliyini Rusiya irəli sürmüşdür. Lakin iştirakçı ölkələr bu məsələ ilə bağlı yekdil rəyə gələ bilməmişlər.
Quruma 2014 və 2015-ci illərdə kimlərin rəhbərlik edəcəyi barədə qərar "susqunluq proseduru"na əsasən qəbul olunmuşdur. Yəni müəyyən edilmiş müddət başa çatana kimi heç bir ölkə İsveçrə və Serbiyanın sədrliyi ilə əlaqədar etirazını bildirməmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında