Bakıda Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurası alt komitəsinin iclası keçirilir

Fevralın 9-da Bakıda Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovisual siyasət, elm və texnologiya məsələləri üzrə alt komitəsinin ilk iclası işə başlamışdır.
Tədbir Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi (XİN) və Aİ-nin birgə təşkilatçılığı ilə keçirilir.
İclasda təhsil nazirinin müavini, alt komitənin ölkəmiz üzrə həmsədri Qulu Novruzov çıxış edərək bildirmişdir ki, Azərbaycanla Aİ arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədi ilə 2009-cu ildə Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurası çərçivəsində məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovisual siyasət, elm və texnologiya məsələləri üzrə yeni alt komitənin yaradılması barədə qərar qəbul olunmuşdur. Bu alt komitə ölkəmizin Aİ ilə əməkdaşlığı çərçivəsində təsis edilmiş dörd alt komitədən biridir. Təhsil Nazirliyi onun həmsədri, XİN isə daimi katibi təyin edilmişdir. Alt komitənin tərkibinə ölkəmizin 15 dövlət qurumu daxildir. Təhsil Nazirliyi komitənin Bakıdakı iclaslarının təşkilati işlərini həyata keçirəcəkdir.
Bildirilmişdir ki, iclasa hazırlıq məqsədi ilə, fevralın 7-də Təhsil Nazirliyində koordinatorların ümumi görüşü olmuşdur. Görüşdə alt komitənin ilk iclasında müzakirə olunacaq məsələlər proqram üzrə nəzərdən keçirilmiş, ekspertlərin təklifləri dinlənilmişdir.
Q.Novruzov vurğulamışdır ki, alt komitənin ilk iclasında Aİ ilə razılaşdırılmış qaydada təhsil, gənclər və mədəniyyət sahəsində əməkdaşlıq, sosial məsələlər, audiovizual siyasət və digər məsələlər müzakirə olunacaqdır.
Tədbirdə Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Azərbaycan ilə Aİ arasında əməkdaşlığın hazırkı vəziyyətindən danışmış, əlaqələrin daha da genişləndirilməsinin, birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulamışdır.
Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Avropa İttifaqı ilə əməkdaşlığın əhəmiyyətindən, dörd alt komitə çərçivəsində görülən işlərdən danışmışdır.
Alt komitənin iclası fevralın 10-da başa çatacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında