Albaniya bərpa olunan enerji mənbələrinin istismarı, neft-qaz sənayesi, turizm sahələrində Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərir

Azərbaycanda səfərdə olan Albaniyanın Baş naziri Sali Berişa fevralın 9-da Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür. 
Oqtay Əsədov demişdir ki, Azərbaycan Albaniya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. İkitərəfli münasibətlərin dərinləşməsində yüksək səviyyəli görüşlərin rolu mühüm əhəmiyyət kəsb edir. Dövlətlərimizin başçıları və hər iki tərəfdən olan nümayəndə heyətləri müxtəlif beynəlxalq qurumlarda dəfələrlə görüşmüş, əməkdaşlığımızın inkişafı barədə danışıqlar aparmışlar. Bu görüşlər münasibətlərimizin inkişafı üçün geniş imkanlar açmışdır. İnanırıq ki, Albaniya nümayəndə heyətinin ölkəmizə bu səfəri də uğurlu olacaqdır.
Bildirilmişdir ki, ölkələrimiz arasında energetika, elm, təhsil, mədəniyyət, turizm sahələrində əlaqələrin inkişafı üçün geniş imkanlar vardır. Azərbaycan bütöv bir regionun iqtisadi tərəqqisinə zəmin yarada biləcək qlobal layihələrin fəal iştirakçısıdır, Avropanın enerji təhlükəsizliyinə də mühüm töhfələr verir.
O.Əsədov dövlətlərarası münasibətlərin dərinləşməsində parlamentlərin mühüm rol oynadığını vurğulamış, qanunverici orqanların faydalı əməkdaşlığı üçün geniş imkanların olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, hər iki parlamentdə dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ölkələrimiz arasında parlament əməkdaşlığının dərinləşməsinə müsbət təsir göstərə bilər.
O.Əsədov Dağlıq Qarabağ münaqişəsindən, BMT, AŞPA və digər nüfuzlu beynəlxalq təşkilatların problemlə əlaqədar qətnamələrinə məhəl qoymayan Ermənistanın işğalçılıq siyasəti yeritməkdə davam etdiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, rəsmi Bakı problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdardır. Bu məsələdə Albaniyanın Azərbaycanın mövqeyini gələcəkdə də dəstəkləməsinə ümid edirik və inanırıq ki, beynəlxalq birliyin səyi nəticəsində münaqişə tezliklə aradan qalxacaqdır.
Sali Berişa Albaniyanın Baş naziri kimi Azərbaycana ilk dəfə səfər etdiyini və bundan məmnun qaldığını bildirmişdir. Qonaq səfər çərçivəsində keçirdiyi görüşlərin əhəmiyyətini vurğulamış, münasibətlərimizin böyük gələcəyi olduğuna inamını ifadə etmişdir. Baş nazir ulu öndər Heydər Əliyevlə görüşünü məmnunluqla xatırlamış, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın xeyli inkişaf etdiyini, ölkəmizin Avropanın enerji təhlükəsizliyi sistemində rolunun günbəgün artdığını xüsusi qeyd etmişdir.
Qonaq ölkəsinin Azərbaycan ilə bərpa olunan enerji mənbələrinin istismarı, neft-qaz sənayesi, turizm sahələrində əməkdaşlığa böyük maraq göstərdiyini bildirmişdir.
Sali Berişa əlaqələrimizin daha da dərinləşməsində parlamentlər səviyyəsində münasibətlərimizin inkişafının vacibliyini vurğulamışdır.
Dağlıq Qarabağ münaqişəsindən söz açan qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəklədiyini diqqətə çatdırmışdır.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında