Millət vəkili Sinan Oğan Xocalı soyqırımının tanınması ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim etmişdir

Layihədə Xocalı soyqırımının tanınması və 26 fevral tarixinin Türkiyədə "Xocalı soyqırımını anım günü" elan olunması təklifləri öz əksini tapmışdır
MHP İğdır millət vəkili Sinan Oğan Xocalı soyqırımının tanınması ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim etmişdir. APA-nın məlumatına görə, parlamentdə mətbuat konfransı keçirən Sinan Oğan Fransa Senatında qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul olunduğunu xatırladaraq, Xocalı soyqırımının tanınmasının vacibliyini vurğulamış və bununla bağlı müvafiq qanun layihəsini parlament rəhbərliyinə təqdim etdiyini bildirmişdir.
Qanun layihəsində ermənilərin Azərbaycanın Xocalı şəhərində soyqırımı həyata keçirdiyinin tanınması və 26 fevral tarixinin Türkiyədə "Xocalı soyqırımını anım günü" elan olunması öz əskini tapmışdır. Bundan başqa, layihədə Türkiyənin İğdır, Qars, Ərdəhan, Ağrı, İstanbul, Ankara, İzmir, Bursa, Kocaeli, Manisa bölgələrində Xocalı soyqırımı qurbanlarına abidə ucaldılması təklifi də yer almışdır. Sinan Oğan parlamentin sabah keçiriləcək iclasında cari məsələlərin müzakirəsi zamanı söz alaraq, Xocalı soyqırımı və ermənilərin Türkiyədə həyata keçirdiyi soyqırımları ilə əlaqədar çıxış edəcəyini bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında