Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığı genişləndirmək üçün yaxşı hüquqi baza mövcuddur

Azərbaycan ilə Türkiyənin dostluğu və qardaşlığı əbədidir. Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalandıqdan sonra münasibətlərimiz yeni müstəviyə yüksəlmişdir. Bunun nəticəsidir ki, ölkələrimiz arasında əməkdaşlıq bütün sahələrdə inkişaf edir. 
Bu fikirlər Azərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin fevralın 8-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə səslənmişdir.
Oqtay Əsədov qonaqları salamlayaraq demişdir ki, Azərbaycan-Türkiyə əməkdaşlığının genişləndirilməsi üçün yaxşı hüquqi baza mövcuddur. Bu günədək qardaş ölkələrimiz arasında 170-dən çox ikitərəfli sənəd imzalanmışdır.
Milli Məclisin sədri bildirmişdir ki, Azərbaycan çətin vaxtlarında hər zaman Türkiyənin dəstəyini hiss etmişdir. Biz də çətin günlərində qardaş və dost Türkiyənin yanındayıq. Fransa parlamentində soyqırımıların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan qanunun qəbulu ilə bağlı Azərbaycanın mövqeyi birmənalı olmuşdur. Bu məsələdə ilk gündən Türkiyənin yanında olan Azərbaycan parlamenti qanuna etiraz olaraq Fransa Milli Assambleyasına müraciət ünvanlamışdır. Sənədin tam təsdiqini tapmaması üçün lazımı iş aparılır. Ümid edirik ki, Fransa Konstitusiya Şurası bu sənədi təsdiqləməyəcəkdir.
Nejdət Özəl Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi kimi Azərbaycana səfərindən məmnunluğunu ifadə etmiş, Bakıda keçirdiyi görüşlərdən razı qaldığını bildirmişdir. O demişdir: "Ulu öndərlərimiz Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir", Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" kəlamları bizim üçün bir vəsiyyətdir. Biz fəaliyyətimizi bu prinsiplər əsasında davam etdiririk və bu kəlamların mahiyyətini gələcək nəsillərə çatdırmalıyıq".
N.Özəl qardaş ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini qeyd etmişdir.
Sonra görüşdə regiondakı vəziyyət, qarşılıqlı səfərlərin əhəmiyyəti, hərbi və qanunvericilik sahələrində təcrübə mübadiləsi və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında