İsrailin xarici işlər naziri qondarma "erməni soyqırımı"nın tanınmasına qarşı çıxmışdır

Aviqdor Liberman: "Biz tarixin bütün kədərli səhifələrinin, bütün faktların olduğu kimi təqdim olunmasına tərəfdarıq"
İsrailin xarici işlər naziri Aviqdor Liberman qondarma "erməni soyqırımı"nın tanınmasına qarşı çıxmışdır. APA-nın "İzrus" saytına istinadən yaydığı məlumata görə, Aviqdor Liberman bu fikirləri kanallardan birinə açıqlamasında demişdir.
"İsrail yarandığı gündən Xolokost termininin digər müharibə və faciəyə tətbiq olunmasına qarşı çıxır. Hesab edirik ki, yəhudi xalqının İkinci Dünya müharibəsi dövründə yaşadıqları heç kimin faciəsi ilə müqayisə oluna bilməz. Afrika, Asiya, Balkan bölgəsində digər münaqişələri və vəhşicəsinə qətlləri terminologiya metodu ilə növbəti Xolokost kimi təqdim etmək qəbul oluna bilməz. Biz tarixin bütün kədərli səhifələrinin, bütün faktların olduğu kimi təqdim olunmasına tərəfdarıq. Fransadan başqa heç bir ölkə qanuni olaraq erməni soyqırımını qəbul etməyib. Biz bu prosesə müdaxilə etməyə hazırlaşmırıq. Bu gün tarixi hadisələr siyasi mübahisəyə çevrilmişdir. Buna görə də hesab edirəm ki, İsrail bu problemə qarışmamalıdır".
Xatırladaq ki, ötən ilin dekabrında "erməni soyqrımı" məsələsi Knessetin təhsil və mədəniyyət komissiyasında müzakirə olunmuşdur. İsrail XİN-in nümayəndəsi komissiyadakı müzakirələrdə "erməni soyqrımı"nın tanınmasına qarşı çıxmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında