Qondarma "erməni soyqırımı"nın inkarına cəza nəzərdə tutan qanunun qəbulu demokratiyanın beşiyi olan Fransanın öz imicinə zərbədir

Azərbaycan ilə Fransa arasında siyasi, iqtisadi və mədəni əlaqələr yüksək səviyyədədir. Ölkələrimiz arasında ticarət dövriyyəsi 2011-ci ilin 10 ayında 4,4 milyard ABŞ dolları həcmində olmuşdur. Bu göstərici 2010-ci illə müqayisədə 2,2 dəfə çoxdur.
Hazırda Azərbaycanda Fransanın 40 şirkəti çalışır və bu göstərici iqtisadi sahədə əlaqələrimizin yüksək səviyyədə olduğunu bir daha təsdiq edir. Bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov fevralın 6-da ölkəmizdə səfərdə olan Fransa Senatının üzvü xanım Natali Qulenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə söyləmişdir. Azərbaycan ilə Fransa arasında əlaqələrin dərin köklərə malik olduğunu vurğulayan O.Əsədov bu səfərin ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyini bildirmişdir. Milli Məclisin sədri demişdir ki, fransalı senatorların səfərləri çox önəmli bir dövrə təsadüf edir. Bəzi məsələlər var ki, onlara hökmən toxunmalıyıq. Bilirsiniz ki, Milli Məclis qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı cəza nəzərdə tutan qanunun Fransa Senatında qəbulu ilə əlaqədar bu ölkənin parlamentinə etiraz məktubu göndərmişdir. Mən Fransa parlamentinin qəbul etdiyi qanunu müzakirə etmək istəmirəm. Ancaq deməliyəm ki, bu cür qanunun qəbulu demokratiyanın beşiyi olan Fransanın imicinə zərbədir. Düzdür, bəziləri deyirlər ki, bu qanunun Azərbaycana aidiyyəti yoxdur. Ancaq bu belə deyildir. Xocalı soyqırımını unudub Ermənistanı dəstəkləyən belə bir qanunun qəbulu çox böyük fəsadlara səbəb ola bilər.
Oqtay Əsədov bu qanunun qəbul edilməsinə etiraz edən senatorlara və Milli Assambleyanın üzvlərinə minnətdarlığını bildirmiş və demişdir ki, qanuna etiraz edənlər bu yolla demokratik prinsiplərə sadiq olduqlarını bir daha nümayiş etdirmişlər. İnanırıq ki, Fransa Konstitusiya Şurası da obyektiv qərar qəbul edəcəkdir. Cılız ambisiyalara görə, belə məsələlər ortaya çıxartmaq zənnimizcə düzgün deyildir. Xanım Natali Qule göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmiş, yenidən Azərbaycanda olmaqdan məmnun qaldığını bildirmişdir. Qeyd olunmuşdur ki, Fransa Senatının üzvlərinin Azərbaycana səfərləri bir neçə ay əvvəl nəzərdə tutulmuşdur. N.Qule demişdir: "Biz dost Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıyıq. Fransa Senatında qondarma "erməni soyqırımı" ilə bağlı qəbul olunmuş qanunun Azərbaycan xalqı tərəfindən narazılıqla qarşılanmasını da yaxşı başa düşürük.
Ona görə də hesab edirik ki, parlament tarixi araşdırmamalıdır".

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında