Azərbaycan Qafqazın sabitliyində ABŞ üçün mühüm tərəfdaşdır

 Azərbaycan ABŞ üçün mühüm tərəfdaş və Qafqazda sülh və sabitliyin qorunmasında güclü qüvvədir.
Bu sözləri ABŞ dövlət katibinin müavini Ceyms Steynberq xarici jurnalistlərlə söhbətində demişdir.
Bir neçə ay əvvəl Münxendə Prezident İlham Əliyev ilə görüşü zamanı C.Steynberq ABŞ-ın Azərbaycan ilə əlaqələrə çox mühüm əhəmiyyət verdiyini vurğulamışdır.
O qeyd etmişdir ki, ABŞ Azərbaycan ilə bir sıra məsələlərdə yaxından əməkdaşlıq edir və Minsk prosesində (Dağlıq Qarabağ münaqişəsinin həllində) iştirak edir. Bu baxımdan Steynberq Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun işinə verdiyi dəstəyi xüsusi qiymətləndirmişdir.
ABŞ-ın bu məsələnin nizamlanması işinin çətin olduğunu bildiyini deyən dövlət katibinin müavini mövcud fikir ayrılığının həlli yollarının tapılmasının vacibliyini vurğulamışdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında