Litva Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır

Azərbaycanın Litvadakı səfirliyindən bildirmişlər ki, xarici işlər nazirinin müavini Xələf Xələfov fevralın 2-də Litvaya səfərə gəlmişdir. Səfərin məqsədi ikitərəfli siyasi məsləhətləşmələri aparmaqdır. 
Səfər çərçivəsində Xələf Xələfovun Litvanın Xarici İşlər naziri və hökumətlərarası müştərək komissiyanın həmsədri Audronius Ajubalis, Litva Baş nazirinin müşaviri Laimonas Talat-Kelpşa, Litva Seyminin xarici işlər komitəsinin sədri Emanuelis Zingeris və xarici işlər nazirinin müavini Asta Skaisgyriyte-Liauskiene ilə görüşləri olmuşdur. Görüşlərdə ölkələrimiz arasında əməkdaşlığın hazırkı vəziyyətindən razılıq bildirilmiş, münasibətlərin potensial istiqamətləri müzakirə olunmuş, ikitərəfli və çoxtərəfli əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində görüləcək işlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Bundan əlavə, cari ilin birinci yarısında Litvanın xarici işlər naziri Andronius Ajubalisin Azərbaycana rəsmi səfəri və bunun çərçivəsində hökumətlərarası komissiyanın ikinci iclasının keçirilməsi barədə razılıq əldə olunmuşdur. Həmçinin Litvanın Baş naziri Andrius Kubiliusin Azərbaycan rəsmi səfərinin həyata keçiriləcəyi bildirilmişdir. Bu səfər çərçivəsində ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı məqsədilə biznes sammitinin keçirilməsi məsələsi müzakirə edilmişdir. Litva Seymi ilə parlamentlərarası əlaqələrin, həmçinin müxtəlif təşkilatların parlament assambleyaları çərçivəsində əməkdaşlığın vacibliyi vurğulanmışdır. Avropa İttifaqının "Tvinninq" layihəsi çərçivəsində iki ölkənin parlamentləri arasında səmərəli əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunmuşdur. Müqavilə-hüquq bazasının möhkəmləndirilməsi məqsədilə baxılmaqda olan ikitərəfli sənədlərin qısa müddətdə razılaşdırılması qərara alınmışdır.
X.Xələfov görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın davamlı iqtisadi inkişafı, regional və qlobal məsələlərdə ölkəmizin mövqeyi, həyata keçirilən islahatlar və layihələr barədə ətraflı məlumat vermişdir.
Görüşlərdə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə iştirak etmişdir.

{nl}

Nigar HÜSEYNOVA, AzərTAc-ın xüsusi müxbiri
Vilnüs


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında