Azərbaycanın və Qırğızıstanın müvafiq nazirlikləri arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında saziş imzalanmışdır

Fevralın 1-də gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə səfərdə olan Qırğızıstanın gənclər, əmək və məşğulluq naziri Aliyasbek Alımkulovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
A.Rəhimov nazirliyin fəaliyyəti haqqında qonaqlara məlumat verərək bildirmişdir ki, son illər ölkəmizdə həm gənclər siyasəti, həm də idman sahəsində çox mühüm islahatlar aparılmışdır. Azad Rəhimov ölkəmizdə gənclər təşkilatlarının sayının ildən-ilə artdığını diqqətə çatdırmış və nazirliyin onlarla daim sıx əməkdaşlıq etdiyini vurğulamışdır.
Bildirmişdir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında Bakıda Gənclər Mərkəzinin və regionlarda "Gənclər evləri"nin inşası, Gənclər Fondunun yaradılması, gənclərin asudə vaxtının təşkili, onların məşğulluğunun təmin edilməsi və s. işlərin görülməsi nəzərdə tutulmuşdur. Nazir bu proqramın hər bir gəncin fərdi inkişafı üçün yeni imkanlar yaratdığını vurğulamışdır. Bildirmişdir ki, bu proqram dövlətimizin başçısının gənclərə diqqət və qayğısının yeni bariz nümunəsidir.
Aliyasbek Alımkulov Bakıya gəlişinin Azərbaycan ilə daha yaxından tanış olmaq məqsədi daşıdığını və bu səfərin iki ölkə arasında gənclər siyasəti sahəsində əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə əmin olduğunu bildirmişdir.
Sonda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Qırğızıstan Respublikasının Gənclər, Əmək və Məşğulluq Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında saziş imzalanmışdır.
Səfər çərçivəsində nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək, Gənclər Günü münasibətilə istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimində iştirak edəcək və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olacaqdır.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında