Avropa Parlamenti Azərbaycanın haqq səsini dəstəklədiyini nümayiş etdirmişdir

Avropa Parlamenti "Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına dair tələb" adlı qətnaməni qəbul etməklə Azərbaycanın haqq səsini dəstəklədiyini nümayiş etdirmışdir.
Xatırladaq ki, sənəddə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən və onun ətrafındakı rayonlardan dərhal çıxarılması barədə tələb təsbit olunmuşdur. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli tələb edilir.
Politoloqlar hesab edirlər ki, bu qətnamə Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasətinin, Azərbaycan diplomatiyasının mühüm uğurlarındandır.
BMT, Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlardan, dünya ölkələrindən sonra Avropa Parlamentinin qəbul etdiyi bu mühüm sənəd beynəlxalq birliyin Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiyini və dəstəklədiyini əyani şəkildə göstərir.
Politoloqlar hesab edirlər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən modernləşmə strategiyası sayəsində Azərbaycanın beynəlxalq nüfuzu artır, regionda təsiri güclənir və dünyada gedən proseslərin aparıcı qüvvəsinə çevrilir.
Siyasi şərhçilərin qənaətincə, bu sənəd beynəlxalq birliyin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşmanın möhkəmlənməsi işinə sanballı töhfə olacaq, məsələnin sülh yolu ilə nizamlama prosesi ətrafında ümumi ab-havaya müsbət təsir göstərəcəkdir.
Politoloq Mübariz Qurbanlı: "Bu cür sənədin qəbul olunması Azərbaycan Prezidenti İlham Əliyevin hücumçu diplomatiya xəttinin başlıca uğurlarından sayılmalıdır. Bilirsiniz ki, bu gün Azərbaycan bütün sahələrdə Ermənistanı üstələmişdir. Sosial, iqtisadi sahədə əldə etdiyimiz uğurlar diplomatik sahədə əldə etdiyimiz uğurlarımızla həmahəng səslənir. Bizim diplomatik sahədəki uğurlarımızda təbii ki, Azərbaycanın üzləşdiyi ən ağır problem, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal olunmuş ərazilərlə bağlı mühüm bir sənəddir".
Digər politoloq Aydın Mirzəzadənin sözlərinə görə, Azərbaycan Avropa üçün o qədər əhəmiyyətli bir bölgəyə çevrilmişdir ki, onun məsələsi Avropa Parlamentində müzakirə edilir. Ermənistanı ilk dəfə olaraq işğalçı adlandırır və silahlı qüvvələrini işğal olunmuş torpaqlardan çıxarmasını tələb edir. Deməli, dünyanın Dağlıq Qarabağ məsələsinə baxışında müəyyən mövqe dəyişikliyi vardır və Ermənistanın apardığı orta əsr təfəkkürünə tərəfdarlar tapa bilmir.
Politoloqlar hesab edirlər ki, Avropa Parlamentinin obyektiv münasibəti gələcək siyasi proseslərin Azərbaycanın xeyrinə olacağından xəbər verir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında