Xocalı faciəsi beynəlxalq səviyyədə soyqırımı kimi tanınmışdır

Əlli bir ölkənin parlament nümayəndələri bununla bağlı müvafiq qətnamə qəbul etmişlər
İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı (İƏT Pİ) "Xocalıya ədalət" Beynəlxalq kampaniyasını dəstəklədiyini bir daha təsdiq etmişdir.
İslam Konfransı Gənclər Forumunun (İKGF) İstanbulda yerləşən baş qərargahından bildirmişlər ki, İƏT-in üzvü olan dövlətlərin Parlament İttifaqının İndoneziyanın Palembanq şəhərində keçirilən VII sessiyası başa çatmışdır. Təşkilat İƏT-ə üzv olan 51 ölkənin parlamentlərini özündə birləşdirir və müvafiq olaraq Afrika, Asiya və Ərəb regionunda iki ildən bir öz sessiyasını keçirir.
İKGF-nin baş katibi, səfir Elşad İsgəndərovun AzərTAc-a verdiyi məlumata görə, "Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü" adlı ənənəvi olaraq qəbul edilən qətnaməyə Forumun təşəbbüsü ilə xüsusi bir bənd də əlavə olunmuşdur. Xocalı faciəsinə həsr edilən bölmədə qeyd olunur: "Konfrans ... üzv ölkələrin parlamentlərini 2012-ci ildən etibarən (faciənin 20 illiyi) 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırımı xarakteri daşıyan kütləvi qırğını tanımağa çağırır və Xocalı qırğınını törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edir".
Bu tanınma 2009-cu ildən həyata keçirilən və İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyeva tərəfindən irəli sürülən "Xocalıya ədalət" Beynəlxalq kampaniyasının fəaliyyətinin nəticəsi olmuşdur. İƏT Pİ-nin faciəyə verdiyi qiymət İKGF və bu qurum arasında əməkdaşlıq haqqında müvafiq qətnamələrin tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Milli Məclisi nümayəndə heyətinin başçısı, deputat Gövhər Baxşəliyevanın təklifi ilə İKGF-nin irəli sürdüyü əlavələrdən sonra konfransın yekun hesabatında qurumun Katibliyinə üzv ölkələrin parlamentlərinin "Xocalıya ədalət" kampaniyasına milli və beynəlxalq səviyyədə dəstək göstərilməsinə çağıran bu qətnamənin həyata keçməsini diqqət mərkəzində saxlamağı tapşıran müvafiq qərar qəbul etmişdir.
Qətnamənin vacibliyini şərh edən Elşad İsgəndərov demişdir: "Beynəlxalq sənədlər arasında bu qətnamə ilk dəfə olaraq Xocalı faciəsinə soyqırımı aktı səviyyəsində siyasi-hüquqi qiymət verir. Nəzərə alsaq ki, İƏT Pİ öz sıralarında dünya parlamentlərinin dörddə birini cəmləşdirir və ən böyük parlamentlərarası beynəlxalq qurumlarındandır, bu termin Xocalı faciəsinin erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı aparılan soyqırımı siyasətinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanınması və bu cinayəti törədənlərin hüquqi məsuliyyətə cəlb edilməsi üçün keyfiyyətcə yeni mərhələ açacaqdır".
"Xocalıya ədalət" Beynəlxalq informasiya kampaniyası Şuşanın işğalı günü İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva tərəfindən irəli sürülmüşdür. Hazırda faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş bu kampaniya dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında