AŞPA-da Xocalı soyqırımının 20 illiyi ilə bağlı yazılı bəyanat yayılmışdır

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Xocalı soyqırımının 20 illiyi ilə bağlı yazılı bəyanat yayılmışdır. Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın hazırladığı bəyanata müxtəlif ölkələrdən olan millət vəkilləri də imza atmışlar. Sənədin AŞPA-nın yazılı bəyanatı kimi qəbul edildiyi assambleyanın iclasında yeni seçilmiş sədr Jan-Klod Minyon tərəfindən elan olunmuşdur.
Bəyanatda bildirilir ki, Xocalı soyqırımı Azərbaycanın və ümumiyyətlə bəşər tarixinin ən dəhşətli səhifələrindən biridir. Bu amansız və qəddar soyqırımı bəşəriyyət tarixində törədilmiş qeyri- insani və kütləvi xarakterli terror aktlarından biridir.
Daha sonra qeyd olunur ki, bu il fevralın 26-da Xocalı faciəsinin 20 ili tamam olur. 20 il bundan əvvəl Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidəki 366-cı motoatıcı alayının çoxsaylı ağır hərbi texnikasının və şəxsi heyətinin köməyi ilə Azərbaycanın Xocalı şəhərini işğal etmiş və onun dinc sakinlərini amansızcasına soyqırımına məruz qoymuşdur. Xocalı faciəsi zamanı 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirilmiş, 1000-ə yaxın müxtəlif yaşlarda dinc mülki əhali şikəst edilmiş, 8 ailə tamamilə məhv edilmişdir. 130 uşaq bir valideynini, 25 uşaq hər iki valideynini itirmişdir. 1275 mülki vətəndaş girov götürülmüşdür, onlardan 150-nin taleyi hələ də naməlumdur.
Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərini tamamilə yerlə-yeksan etmişdir.
Yazılı bəyanatda Avropa Şurası və digər beynəlxalq təşkilatlar bu soyqırımına hüquqi və siyasi qiymət verilməyə çağırılır. Sənəddə deyilir: "Bütün bunları nəzərə alaraq biz (bu sənədi imzalayan millət vəkilləri) beynəlxalq ictimaiyyəti, o cümlədən AŞPA-nı bu qeyri-insani, qəddar cinayəti pisləməyə, habelə Ermənistan silahlı qüvvələri tərəfindən bəşəriyyət əleyhinə törədilmiş bu qanlı aksiyaya müvafiq hüquqi və siyasi qiymət verməyə çağırırıq".

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında