Avropa Şurası azərbaycanlı deputatı mühüm Avropa problemi üzrə məruzəçi təyin etmişdir

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) hər hansı deputatın məruzəçi seçilməsi bir tərəfdən bu mötəbər təşkilatın həmin şəxsə etimadının ifadəsi sayılırsa, digər tərəfdən deputatın təmsilçisi olduğu ölkə ilə qurumun əməkdaşlıq niyyətlərinin göstəricisidir. Bu baxımdan AŞPA-nın Azərbaycan ilə işbirliyi təqdirəlayiqdir. İndiyədək AŞPA-da azərbaycanlı deputatlara dəfələrlə məruzə hazırlamaq həvalə edilmişdir.
Təkcə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun bir sıra mühüm problemlər haqqında 7 məruzəsi dinlənilərək qəbul edilmişdir və deputat hazırda daha 2 məruzə üzərində işini tamamlamaqdadır. Qış sessiyasının üçüncü iş günündə deputat Rafael Hüseynov üzvü olduğu və yenidən formalaşdırılmış Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin xətti ilə daha bir problem üzrə məruzəçi təyin edilmişdir. Diqqəti cəlb edən əsas cəhətlərdən biri bundan ibarətdir ki, bu dəfə də azərbaycanlı deputata tapşırılan məruzə vacib ümumavropa probleminə həsr edilir. "Vətəndaşlıq almaq imkanları" adlanan məruzədə qoyulan problem inteqrasiyanın artdığı müasir dünyada xüsusi aktuallıq kəsb edir.
Rafael Hüseynov hazırlayacağı yeni məruzə ilə bağlı demişdir: "Müəyyən ölkələrdə ikili vətəndaşlıq qazanmaq çətin deyilsə də, bir sıra Avropa ölkələri emiqrantlara vətəndaşlıq vermək istiqamətində şərtləri ildən-ilə çətinləşdirir. Birinci nəsil emiqrantlara vətəndaşlıq verilməsində yaranan problemin fəsadlarını onların artıq Avropa ölkələrində dünyaya gəlmiş, amma doğulduqları ölkədə vətəndaşlıq əldə etmələri maneələrlə qarşılaşan uşaqlar daha artıq hiss edirlər. Vətəndaşlıq isə istənilən ölkədə problemsiz, mühafizə olunaraq yaşamaq, eyni zamanda siyasi hüquqlardan tam həcmdə istifadə edə bilmək üçün əsas şərtlərdəndir. Bu gün Avropada milyonlarla insanı düşündürən bu məsələ ilə bağlı geniş təhlillər aparılacaqdır. Həmçinin məruzədə vətəndaşlıq almaq prosedurunun şərtlərinin təkmilləşdirilməsi ilə əlaqədar bir sıra təklif və ideyalar əksini tapacaqdır. Yeni məruzə bu ilin sonunda AŞPA-nın plenar iclaslarından birinin gündəliyinə salınacaqdır".

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında