Avropa Şurası Nazirlər Komitəsinin sədri Dağlıq Qarabağda keçirilmiş "parlament seçkiləri" ilə bağlı bəyanat yaymışdır

Avropa Şurası Nazirlər Komitəsinin sədri qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçirilmiş "parlament seçkiləri" ilə bağlı mayın 26-da Strasburqda bəyanat yaymışdır. Bəyanatda "seçkilərin" beynəlxalq təşkilatlar tərəfindən tanınmadığı bildirilmişdir.
Nazirlər Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin səylərini tamamilə dəstəklədiyini bəyan etmişdir.
Nazirlər Komitəsi bütün partiyaları, o cümlədən Avropa Şurasına üzvlüyə qəbul edilərkən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qurum qarşısında öhdəlik götürmüş Ermənistan və Azərbaycanı münaqişənin həllini tapmaq yolunda səylərini əsirgəməməyə çağırmışdır.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında