Milli Fəaliyyət Proqramının təsdiq edilməsi insan hüquqlarının müdafiəsi baxımından mühüm hadisədir

Yanvarın 25-də Ombudsman Aparatının təşkilatçılığı ilə "Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icra mexanizmləri" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Tədbir 2001-ci il dekabrın 28-də qəbul edilmiş Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun 10-cu ildönümünə həsr edilmişdir. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Milli Fəaliyyət Proqramının əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) təsdiq edilməsi haqqında" 2011-ci il 27 dekabr tarixli Sərəncamı insan hüquqlarının müdafiəsi baxımından olduqca mühüm sənəddir.
E.Süleymanova bu sahədə Milli Fəaliyyət Planlarının konsepsiyasının hələ 1993-cü ildə Vyanada keçirilmiş İnsan Hüquqları üzrə Dünya Konfransının yekun tövsiyələrində verildiyini diqqətə çatdırmışdır. Həmin konfransda hər bir dövlətə insan hüquqlarının müdafiəsi və təşviq olunmasını daha da təkmilləşdirə biləcək addımları müəyyənləşdirən Milli Fəaliyyət Planının hazırlanmasının məqsədəuyğunluğunu nəzərdən keçirmək tövsiyə olunmuşdur. Azərbaycanın müxtəlif inkişaf mərhələlərində insan hüquq və azadlıqlarının daha səmərəli təmini sahəsində mühüm sənədlər qəbul olunmuşdur. Bu sənədlərdə ölkəmizin insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər nəzərdə tutulmuşdur.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının insan hüquqlarına dair qanunvericiliyin təkmilləşdirilməsi baxımından əhəmiyyəti" mövzusunda məruzə etmişdir. Məruzədə qeyd edilmişdir ki, insan hüquqlarının qorunması ilk növbədə dövlətin ali məqsədidir. MFP hazırlanarkən insan hüquqlarının müdafiəsi ilə bağlı dünyada mövcud bütün mütərəqqi mexanizmlər nəzərdən keçirilmişdir. Bu sahədə həm Avropa İttifaqı ölkələri, bütövlükdə dünya təcrübəsi, bir çox konvensiyalar dərindən öyrənilmişdir. Təsadüfi deyil ki, hazırda bu sənəd bir çox ölkələr üçün nümunə kimi göstərilir. Bizim qarşımızda duran başlıca vəzifə odur ki, MFP dekorativ bir sənəd kimi qalmasın, həyatda təsdiqini tapsın. Məqsəd Azərbaycanı inkişaf etmiş ölkələr sırasına daxil etməkdir. İnkişaf etmiş ölkə sadəcə iqtisadi baxımdan uğurları ilə qürur duyan ölkə yox, daha çox demokratik dəyərlər, qanunun aliliyi, insan hüquqlarının səmərəli qorunması mexanizmlərini özündə ehtiva edən bir dövlətdir. Məhz bu məqsədləri həyata keçirmək üçün "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası hazırlanır.
Dövlət qurumları və digər əlaqəli strukturların nümayəndələrinin iştirak etdiyi tədbirdə insan hüquqları sahəsində tədris və maarifləndirmə, məhkəmə orqanlarının vəzifələri, MFP-nin icrasında qeyri-hökumət təşkilatlarının rolundan danışılmışdır. Tədbirdə mövzu ilə bağlı müzakirələr aparılmış, təkliflər verilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında