Fransa Senatında qəbul olunmuş qanun layihəsi Avropanın gələcəyi üçün ciddi təhlükədir

Fransa Senatında qəbul olunmuş qanun layihəsi Avropanın gələcəyi üçün ciddi təhlükədir.

{nl}

Trend-in məlumatına görə, bu fikirləri çərşənbə axşamı AŞPA-nın qış sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Fransa Senatında "erməni soyqırımı"nın inkarına görə cəzalandırmanı nəzərdə tutan qanun layihəsinin qəbuluna münasibət bildirərkən deyib.
Q.Paşayeva Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti Fransa Senatının qəbul etdiyi "erməni soyqırımı"nın inkarına görə cəzalandırmanı nəzərdə tutan absurd qanun layihəsinin qəbuluna etirazını bildirərkən qeyd edib ki, bu etiraz təkcə bizim və Türkiyənin deyil, eləcə də Avropa Şurası məkanında yaşayan 100 milyonluq türk əsilli insanın və Fransada məskunlaşan yarım milyonluq türk əsilli vətəndaşın etiraz səsidir: "Qəbul olunmuş qanun heç bir tarixi faktlara yox, siyasi maraqlara əsaslanan bir qanundur. Eyni zamanda bu, AŞ-nin bütün təməl prinsiplərinə, söz və fikir azadlığına, insan haqları kimi dəyərlərə ziddir".
Millət vəkili qeyd edib ki, AŞ və Assambleyaya üzv olan nümayəndə heyətlərinin əksəriyyətindən buna qarşı ciddi etirazların olması gözlənilir:
"Bu qərar Avropanın gələcəyi üçün böyük bir təhlükənin əsasını qoyur. Fransada yarım milyonluq türk əsilli vətəndaşları həbsxanalara salacaqsınız? Jurnalistlər, tarixçi alimlər tarixi araşdırmalarında tarixi faktlara əsaslanacaqlar və təbii ki, fərqli mövqe ortaya qoyacaqlar. Çünki belə bir soyqırım olmayıb. Bu halda nə edəcəksiniz? Əgər belə edəcəksinizsə, hansı haqla söz, düşüncə, insan azadlığından danışacaqsınız? Bu qanun AŞ məkanı, AŞ-nin üzv ölkələri üçün də çox mənfi bir tendensiyadır. Sabah hər bir ölkə başqa bir üzv ölkənin tarixini araşdırıb özünün maraqlarına uyğun qərarlar qəbul etsə, bizi hansı gələcək gözləyir? Bu baxımdan düşünürük ki, bu məsələnin üzərində ciddi düşünüləcək və bu qərarın qəbulu hələ son demək olmayacaq".
Q.Paşayeva daha sonra bildirmişdir ki, bunun vətəndaşlar tərəfindən məhkəmə sistemlərinə qədər daşınması və onun ləğvinə çalışılması istiqamətində addımlar atılacaq və atılmalıdır:
"Beynəlxalq təşkilatlarda bu məsələyə dair öz səsimizi ucaltmaqla yanaşı, hüquq müstəvisində də bununla bağlı sona qədər addımlar atmalıyıq və qanunun ləğvinə nail olunmalıdır. Bu, çox mənfi bir presedentdir. Avropalı həmkarlarımız da qeyd edirlər ki, qəbul olunan bu qanun çox ciddi problemlərin əsasını qoyur. Avropa məkanındakı təməl prinsip və dəyərlərə ziddir. AŞPA sessiyası zamanında bu məsələni gündəmdə saxlayacağıq".
Qənirə Paşayeva bu qanunun qəbulundan sonra Fransanın Minsk qrupunun həmsədri kimi fəaliyyətinin şübhə altına alındığını da xüsusi vurğulayıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında