Britaniyanın xarici işlər naziri: Dağlıq Qarabağ münaqişəsinin həllində əsas ağırlıq münaqişə tərəflərinin üzərinə düşür

AŞPA-nın qış sessiyasının plenar iclasında Birləşmiş Krallığın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində bu ölkənin xarici işlər naziri Devid Lidinqton hesabatla çıxış etmişdir.
APA-nın Avropa bürosunun məlumatına görə, daha sonra parlamentarların suallarını cavablandıran Devid Lidinqton Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunub. Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın "Böyük Britaniya ATƏT-in Minsk qrupunun fəaliyyətini necə qiymətləndirir" sualına cavabında britaniyalı nazir bu məsələdə əsas ağırlığın ilk növbədə münaqişə tərəflərinin üzərinə düşdüyünü deyib: "Biz ATƏT-in Minsk qrupunun üzvüyük, lakin qrupun həmsədrliyində deyilik. Böyük Britaniyanın Minsk qrupunun həmsədrlərinin fəaliyyətini istiqamətləndirə biləcəyini düşünmürəm. Hesab edirəm ki, Azərbaycan və Ermənistan hökumətləri bu məsələdə razılığa gəlməlidir. Münaqişənin həlli məsələsində əsas ağırlıq ilk növbədə tərəflərin üzərinə düşür. 2010-cu ildə Azərbaycanda oldum. Ölkəyə səfərim zamanı Azərbaycan Prezidenti və digər rəsmilərlə görüşümdə Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr apardım. Bu il ərzində isə Ermənistana səfər etməyi düşünürəm və bu məsələni onlarla da müzakirə etməyi planlaşdırıram".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında