Erik RUBİN: Ötən il ABŞ-Azərbaycan əlaqələrinin inkişafında böyük nailiyyətlər əldə olunmuşdur

ABŞ bütün sahələrdə Azərbaycan hökumətinə kömək göstərməyə hazırdır. Ölkələrimiz çoxsaylı çağırışları, problemləri və maraqları bölüşür.
Bu sözləri Azərbaycana ikigünlük səfəri ilə bağlı yanvarın 19-da keçirdiyi mətbuat konfransında ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin demişdir.
ABŞ rəsmisi bildirmişdir ki, ölkəmizə ilk rəsmi səfəri çərçivəsində istər dövlət rəsmiləri, istərsə də vətəndaş cəmiyyətinin nümayəndələri ilə çox səmərəli görüşlər keçirmiş, ikitərəfli əlaqələrə dair ən mühüm məsələləri müzakirə etmişdir.
Azərbaycana ilk dəfə uzun illər bundan əvvəl səfər etdiyini qeyd edən E.Rubin keçən dövr ərzində ölkəmizdə sürətli inkişafın şahidi olduğunu vurğulamışdır. Bildirmişdir ki, ötən il Azərbaycanın "Eurovision" beynəlxalq mahnı müsabiqəsinin qalibi olması, eyni zamanda, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi əlamətdar hadisələrdir.
Ötən il ABŞ-Azərbaycan əlaqələrinin inkişafında böyük nailiyyətlərin əldə olunduğunu diqqətə çatdıran E.Rubin cari ildə də münasibətlərin yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu demişdir.
Azərbaycanda bir çox sahələrdə aparılan islahatları, konstitusion quruluşun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirən ABŞ rəsmisi ölkəmizdə enerji, təhlükəsizlik sahələrində də əldə olunan uğurları məmnunluqla qeyd etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında