Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin Polşada keçirilən qeyri-rəsmi iclasında Azərbaycan da təmsil olunmuşdur

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, mayın 24-də Polşanın Sopot şəhərində Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin qeyri-rəsmi iclası keçirilmişdir.
Avropa İttifaqının üzvü olan ölkələrin və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirləri səviyyəsində "27+6" formatında iclasa Polşanın xarici işlər naziri Radoslav Sikorski və hazırda Avropa İttifaqına sədrlik edən İspaniyanın xarici işlər naziri Migel Angel Moratinos sədrlik etmişlər.
Həmçinin Genişlənmə və Qonşuluq Siyasəti üzrə Avropa komissarı Ştefan Füle də iclasda iştirak etmişdir.
İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Avropa Komissiyasının 2009-cu il mayın 7-də Praqada keçirilmiş Şərq Tərəfdaşlığı zirvə görüşündən sonra ötən bir il ərzində Şərq Tərəfdaşlığının inkişaf etdirilməsi istiqamətində görülmüş işlər barədə iştirakçılara məlumat verilmiş, Şərq Tərəfdaşlığının həm ikitərəfli, həm də çoxtərəfli meyarları üzrə fəaliyyəti, çoxtərəfli meyar üzrə yaradılmış platformalar, panellər və təşəbbüslər yüksək qiymətləndirilmişdir.
İclas iştirakçıları növbəti illərdə Şərq Tərəfdaşlığının daha səmərəli şəkildə inkişaf etdirilməsi və genişləndirilməsi yolları barədə fikir mübadiləsi aparmış və Şərq Tərəfdaşlığı üçün maliyyə zərfinin artırılmasının əhəmiyyətini qeyd etmişlər. Viza rejiminin sadələşdirilməsi və liberallaşdırılması, nəqliyyat, fövqəladə halların aradan qaldırılması və digər sahələrdə əməkdaşlığın yolları müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, artıq aidiyyəti sahələr üzrə layihələr tərtib olunmuşdur. Növbəti mərhələdə bu layihələrin həyata keçirilməsi planlaşdırılır.
Avropa Komissiyasının nümayəndəsi Avropa İttifaqının Ukrayna ilə Assosiasiya Sazişi üzrə danışıqlar prosesində əsaslı irəliləyişin qeydə alındığını, Moldova ilə bu danışıqların 2010-cu ilin fevralında başlandığını, mayın 10-da isə Aİ-nin Xarici Əlaqələr Şurası tərəfindən üç Cənubi Qafqaz ölkəsi ilə Assosiasiya sazişləri üzrə danışıqlar üçün direktivlərin təsdiq olunduğunu və qısa müddət ərzində bu prosesin başlanacağını bildirmişdir.
Avropa İttifaqının üzvü olan ölkələrin nümayəndələri bir daha Şərq Tərəfdaşlığına dəstəyi davam etdirmək öhdəliklərini qeyd etmiş və bu təşəbbüsün Aİ üçün ən əsas prioritetlərdən biri olduğunu vurğulamışlar.
Polşa tərəfi yeni donor mənbələrinin cəlb edilməsi və Şərq Tərəfdaşlığı bölgəsində əməkdaşlığın daha da səmərəli olması üçün bu proqramın qeyri-rəsmi "Dostlar qrupu"nun yaradılması təşəbbüsü ilə çıxış etmişdir. "Dostlar qrupu"na ABŞ, Kanada, Yaponiya, İsveçrə, Norveç, Rusiya və Türkiyənin dəvət oluna biləcəyi qeyd edilmişdir.
Xarici işlər nazirləri 2011-ci ilin birinci yarısında keçiriləcək 2-ci Şərq Tərəfdaşlığı zirvə görüşü üçün konkret nailiyyətlərin əldə olunmasının vacibliyini vurğulamışlar.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında