Azərbaycan ilə Moldova arasındakı dostluq münasibətlərinin qədim tarixi vardır

Azərbaycan ilə Moldova arasındakı dostluq münasibətlərinin qədim tarixi vardır. Müstəqilliyimizin bərpasından sonra əlaqələrimiz yeni müstəvidə inkişaf etməyə başlamışdır. 
Bu fikirlər Azərbaycanda səfərdə olan Moldovanın Baş naziri Vladimir Filatın yanvarın 18-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə səslənmişdir.
Oqtay Əsədov demişdir ki, Azərbaycan ilə Moldova arasında əlaqələr müstəqillik illərində daha dinamik inkişaf etmişdir. Münasibətlərimizin yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının xüsusi rolu olmuşdur. Bildirilmişdir ki, bu günədək ölkələrimiz arasında 50-dək sənəd imzalanmışdır. Bu sənədlər əməkdaşlığımızın hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır.
O.Əsədov iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərin rolunu qeyd etmiş, Milli Məclisdə Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupun fəaliyyət göstərdiyini, deputatlarımızın beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq etdiklərini bildirmişdir.
Milli Məclisin sədri Moldova Baş nazirinin Azərbaycana səfərinin təkcə hökumətlərimiz arasında deyil, parlamentlərarası əlaqələrin inkişafına da təkan verəcəyini vurğulamışdır.
Azərbaycanın iqtisadi inkişafından, regiondakı aparıcı rolundan söz açan O.Əsədov demişdir ki, Dağlıq Qarabağ münaqişəsi bu inkişafa və regionda təhlükəsizliyə ciddi təhdiddir. Parlamentin sədri Moldovanın da Dnestryanı probleminin olduğunu qeyd etmiş, bu cür problemlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini bildirmişdir.
Vladimir Filat Azərbaycana səfərinin əhəmiyyətindən danışmış və demişdir ki, qarşılıqlı səfərlər, keçirilən görüşlər və aparılan danışıqlar əməkdaşlığımızın genişlənməsi və möhkəmlənməsi üçün zəmin yaradır. Moldovanın Baş naziri bildirmişdir ki, əlaqələrimizin qədim tarixi vardır və bu gələcəyə nikbin baxmağa əsas verir. Baş nazir mədəni, humanitar və digər sahələrdə münasibətlərin genişləndirilməsinin vacibliyini qeyd etmiş, Azərbaycanda Moldova mədəniyyəti günlərinin keçirilməsinin nəzərdə tutulduğunu bildirmişdir.
Baş nazir GUAM-da sədrliyin bu il Azərbaycana keçməsini yüksək qiymətləndirmiş, bu beynəlxalq təşkilatın fəaliyyətinin prioritet istiqamətlərindən danışmışdır.
Dağlıq Qarabağ və Dnestryanı münaqişələrə toxunan V.Filat demişdir ki, bu problemlər beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllini tapmalıdır. Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında