Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığı uğurla inkişaf edir

Azərbaycanda səfərdə olan Avropa Şurasının Baş katibinin müavini xanım Mod De Bur Bukikkio mayın 25-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ölkəmizin Avropa Şurası ilə əməkdaşlığa böyük önəm verdiyini bildirən nazir aparılmış islahatların insan haqlarının etibarlı müdafiəsinə yönəldiyini vurğulamışdır. F.Məmmədov yuvenal ədliyyənin inkişafı, bu sahədə hakimlərin və hakimliyə namizədlərin Ədliyyə Akademiyasında tədrisi barədə məlumat vermiş, Avropa ədliyyə nazirlərinin ötən il keçirilmiş məişət zorakılığı ilə mübarizəyə həsr olunmuş 29-cu konfransında aparılmış faydalı fikir mübadiləsini xatırlatmışdır.
Azərbaycanın Avropa Şurasına qəbul olunduqdan sonra nəzərəçarpan nailiyyətlər əldə etdiyini bildirən qonaq Bakıya növbəti səfərindən məmnunluğunu ifadə etmiş, təmsil etdiyi qurumun ölkəmizlə müxtəlif istiqamətlərdə, xüsusilə ədliyyə sahəsində əlaqələrinin səmərəsini vurğulamışdır. Görüşdə "Avropanın uşaqlar üçün və uşaqlarla birgə qurulması" xüsusi proqramın həyata keçirilməsi, məişət zorakılığına qarşı Konvensiya layihəsinin, uşaq hüquqlarının təşviqi və zorakılıqdan müdafiə qaydalarının hazırlanması haqda məlumat verilmiş, faydalı fikir mübadiləsi aparılmışdır. Ölkəmizdə məhkəmə-hüquq sahəsində, o cümlədən penitensiar sistemdə aparılan islahatlar maraqla qarşılanaraq, qazanılmış yüksək nəticələr təqdir edilmişdir.
Görüşdə qarşılıqlı fəaliyyətin perspektivləri, o cümlədən inzibati məhkəmələrin yaradılması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tədris səfərlərinin təşkili, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi, habelə, insan alveri ilə mübarizə və s. məsələlər geniş müzakirə olunmuşdur.
Tədbirdə ədliyyə nazirinin müavini Toğrul Musayev iştirak etmişdir.
Qonaq respublika Ali Məhkəməsinin yeni binası ilə tanış olmuşdur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında