Hammam HAMUDİ: Biz beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik

Biz beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. İraq daim Azərbaycanın yanındadır. Bu sözləri Azərbaycanda səfərdə olan İraq Respublikası parlamentinin xarici əlaqələr komitəsinin sədri Hammam Hamudi yanvarın 17-də jurnalistlərə müsahibəsində demişdir. 
H.Hamudi bildirmişdir ki, bu onun Azərbaycana ilk səfəridir. Azərbaycan və İraqın ortaq tarixi vardır. İraq nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi iki ölkə və iki xalq arasında qarşılıqlı münasibətlərin gücləndirilməsi, rəsmi və qeyri-rəsmi əlaqələrin inkişaf etdirilməsidir. Rəhbərlik etdiyim nümayəndə heyətinin tərkibində İraqın müxtəlif şəhərlərindən olan deputatlar vardır.
Qonaq diqqətə çatdırmışdır ki, bu yaxınlarda bir sıra azərbaycanlı zəvvar Kərbəlaya səfər etmişdir. İraq tərəfi belə səfərləri dəstəkləyir və yüksək qiymətləndirir. Arzu edirik ki, bu cür səfərlər davamlı olsun.
Komitə sədri azərbaycanlı iş adamlarını İraqa sərmayə qoymağa da dəvət etmişdir.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında