Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında BMT və Afrika İttifaqı arasında əlaqələrin möhkəmlənməsini müsbət qarşılayır

Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında BMT və Afrika İttifaqı arasında əlaqələrin möhkəmlənməsini müsbət qarşılayır.
Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 12-də Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışında demişdir.
Ölkəmizin xarici siyasət idarəsindən AzərTAc-a bildirmişlər ki, BMT və regional təşkilatlar arasında əməkdaşlıq, eləcə də təşkilat -Afrika İttifaqı tərəfdaşlığının perspektivləri müzakirə olunduğu iclasda nazir bildirmişdir ki, Azərbaycan Afrika İttifaqı Komissiyası və Afrika ölkələri ilə əlaqələri genişləndirmək, Afrikanın problemlərinə həsr olunan yüksək səviyyəli beynəlxalq konfransa ev sahibliyi etməyi planlaşdırır. Bundan əlavə, Azərbaycan "Afrika İttifaqı Komissiyasının institutlar və hazırlığın artırılması Proqramı"nı dəstəkləməyə davam edir. Afrika ölkələrindən olan diplomatlara Azərbaycan Diplomatik Akademiyasında təhsil almaq üçün təqaüd təklif olunmuşdur.
E.Məmmədyarov qeyd etmişdir ki, Sülhyaratma Komissiyalarının işinə qoşulan ölkəmiz bu sahədə də öz səylərini davam etdirəcəkdir. Azərbaycan hətta ərazilərin minalardan təmizlənməsi sahəsində zəngin təcrübəsini Afrikada tətbiq etmək üçün maraqlı tərəflər ilə məsləhətləşmələrə başlamışdır.
Nazir vurğulamışdır ki, ərazisinin əhəmiyyətli hissəsi işğal altında olan və yüz minlərlə vətəndaşının qaçqın və məcburi köçkün olduğu bir ölkə kimi Azərbaycan Afrika ölkələri daxil olmaqla, həll olunmamış münaqişələrlə yaşayan dövlətlərin üzləşdiyi təhdid və çağırışları tam şəkildə dərk edir.
Azərbaycan Afrika İttifaqı və onun üzv ölkələri ilə əməkdaşlığını nəzərəçarpacaq dərəcədə inkişaf etdirmişdir, - deyən E.Məmmədyarovun fikrincə, Afrika İttifaqında müşahidəçi statusu Azərbaycan üçün bu qarşılıqlı faydalı münasibətləri və dialoqu inkişaf etdirməyə imkan yaratmışdır. Nazir vurğulamışdır ki, Azərbaycan Afrika üçün müxtəlif yardım proqramlarının tətbiqində fəal iştirak edir. Azərbaycan Afrika Burnu və digər Afrika ölkələrində baş vermiş humanitar böhranların aradan qaldırılması məqsədilə təcili yardımın təmin edilməsi üçün ayrı-ayrı hökumətlərin və beynəlxalq təşkilatların çağırışına cavab vermişdir. Bütün üzv ölkələrin BMT Xartiyasında göstərildiyi kimi, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə dair götürdüyü öhdəliklərə əməl etməsi çox vacibdir. Bu barədə çox mühüm qərar BMT Baş Məclisinin ötən il iyunun 22-də qəbul etdiyi münaqişələrin sülh yolu ilə həlli istiqamətində vasitəçilik rolunun möhkəmləndirilməsi ilə bağlı qətnaməsində də öz əksini tapmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında