Politoloq Serqey MARKEDONOV: Azərbaycan sübut etmişdir ki, o, geosiyasi proseslərdən asılı olan zəif dövlət deyildir

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi təsadüfi xarakter daşımır. Sovet İttifaqı dağıldıqdan sonra postsovet məkanında yaranmış müstəqil dövlətlərdən yalnız Azərbaycan sübut etmişdir ki, o, geosiyasi proseslərdən asılı vəziyyətdə olan zəif dövlət deyildir. 
Bu fikirləri "Gxo Kavkaza" saytına tanınmış rusiyalı politoloq Serqey Markedonov demişdir. Politoloq vurğulamışdır ki, Azərbaycan çoxşaxəli xarici siyasət apararaq Avropa İttifaqı, Rusiya, ABŞ, İran, İsrail və Fələstin Muxtariyyəti ilə yaxşı münasibətlər yarada bilmişdir. Azərbaycan bir tərəfdən Qərbin reallaşdırdığı "Şərq tərəfdaşlığı" Proqramında iştirak edir. Digər tərəfdən isə Rusiya ilə əməkdaşlığını uğurla davam etdirərək onun Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynamasına şərait yaradır. Rusiya yalnız Azərbaycan ilə heç bir problem yaşamadan sərhədləri delimitasiya etmişdir.
ABŞ-Azərbaycan münasibətlərinin də yüksək səviyyədə olduğunu qeyd edən S.Markedonov demişdir ki, Avropa İttifaqı özünün enerji təhlükəsizliyinə və Rusiyadan enerji asılılığına son qoymaq üçün Azərbaycan ilə yaxşı münasibətlər qurur.
Beləliklə, zəngin təbii sərvətlərə və Qafqaz ilə Orta Asiya arasında əlverişli geosiyasi mövqeyə malik Azərbaycan beynəlxalq aləmdə böyük siyasi kapital toplamışdır. Rəsmi Bakının uğurlu diplomatik addımları isə onun xarici siyasətində qələbəni təmin etmişdir. Bütün bu faktlara nəzər salanda BMT TŞ-yə qeyri-daimi üzv seçilməsində üstünlüyün Azərbaycana verildiyinin təsadüfi olmadığı aydınlaşır.
Politoloq vurğulamışdır ki, Azərbaycan iqtisadiyyatı ildən-ilə inkişaf edir, hərbi büdcəsi artır, ordusu qüdrətlənir. Lakin buna baxmayaraq, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə, danışıqlar vasitəsilə həll etməyə çalışır. Bütün bunları nəzərə alaraq demək olar ki, Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzv olması müsbət xarakter daşıyır. Əvvəla, bu, Azərbaycanın beynəlxalq siyasi nüfuzunu daha da yüksəldəcəkdir. Digər tərəfdən bu, beynəlxalq birliyin diqqətini ölkənin probleminə yönəltmək üçün geniş imkanlar yaradır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında