Azərbaycanın BMT yanında daimi nümayəndəsi ermənilər tərəfindən atəşkəsin pozulması halları ilə bağlı təşkilatın Baş katibinə məktub göndərmişdir

Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev son vaxtlar cəbhə xəttində ermənilər tərəfindən tez-tez atəşkəsin pozulması halları ilə bağlı BMT Baş katibinə və Təhlükəsizlik Şurasına 12 səhifəlik məktub göndərmişdir.
BMT-nin İnformasiya Mərkəzindən verilən məlumata görə, məktubda bildirilir ki, 2011 -ci il oktyabr və noyabr aylarında erməni silahlı qüvvələri atəşkəsi 102 dəfə pozmuşdur. Atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 5 hərbçisi öldürülmüş, 1 mülki şəxs yaralanmışdır. Hesabat dövründə Ermənistan silahlı qüvvələri təkcə Azərbaycanın işğal olunmuş ərazilərindəki mövqelərdən deyil, Ermənistan ərazisindən də Azərbaycanın hərbi və mülki obyektlərini intensiv atəşə tutmuşlar.
Diplomat məktubunda Ermənistanın BMT-də Azərbaycan Silahlı Qüvvələrinin atəşkəsi pozması ilə bağlı yaydığı yalan məlumatlardan narahatlığını da ifadə etmişdir.
Məktubda deyilir: "Ermənistanın daimi nümayəndəsinin BMT-nin Baş katibinə ünvanladığı məktub da onu sübut edir ki, Ermənistan hökuməti məqsədli şəkildə beynəlxalq ictimaiyyəti çaşdırmağa, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünün yaratdığı əsas problemlərdən diqqəti yayındırmağa çalışır. Lakin ən azı Azərbaycanın suveren ərazisinin Ermənistan tərəfindən qeyri-qanuni işğalının davamı, təcavüzkar ölkənin açıq-aşkar işğalçı niyyətləri, BMT-nin Nizamnaməsinə və beynəlxalq hüquqa hörmətsizliyi fonunda Ermənistanın təbliğat maşınının reallığı təhrif etmək cəhdləri yersizdir".
Ermənistanın daimi nümayəndəsinin məktubuna əlavə etdiyi atəşkəsin pozulması halları ilə bağlı yalan məlumatlarda bir sıra qeyri-dəqiqlik, faktiki səhv və ziddiyyətlərin olduğunu deyən A.Mehdiyev qeyd etmişdir ki, Ermənistan silahlı qüvvələri hətta iddia edir ki, snayper tərəfindən onların mövqelərinə 460 atəş açılmışdır. Bu cür uydurmaların müəllifləri özlərinə əziyyət verib erməni hərbçiləri arasında itkilərin olmamasına aydınlıq gətirməmişlər. Daha bir uğursuz saxtakarlıq erməni hərbçilərinin qarşı tərəfdən atılan güllələri səngərdəki mövqelərindən dəqiq saya bilmə "bacarığıdır". Biz əminik ki, Ermənistan hökuməti təcavüzkar və təxribatçı siyasətindən əl çəkməyə, Azərbaycan ərazilərinin işğalına son qoymağa və beynəlxalq hüquqa hörmət etməyə məcbur olacaqdır.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında