Ərəb dünyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və sülh yolu ilə həllinin tərəfdarıdır

Ərəb dünyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və sülh yolu ilə həllinin tərəfdarıdır. Bu fikir mayın 24-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin ölkəmizdə rəsmi səfərdə olan Misir Ərəb Respublikasının xarici işlər naziri Əhməd Abul Ğeytin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə səslənmişdir.
Qonaqları xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandıran Baş nazir A.Rasizadə bildirmişdir ki, təcavüzkar Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından problem uzun illərdir ki, hələ də həllini tapa bilmir. Vurğulanmışdır ki, bu münaqişə sülh yolu ilə, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq normalar əsasında həll edilməlidir. Lakin, Ermənistan problemin həllini qeyri-müəyyən vaxta uzadarsa, Azərbaycan alternativ imkanlara əl atmağa məcbur olacaqdır.
Misirin xarici işlər naziri Əhməd Abul Ğeyt ərəb dünyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin yanında olduğunu və bundan sonra da olacağını vurğulamışdır. Azərbaycan iqtisadiyyatının son illər yüksək sürətlə inkişaf etdiyini nəzərə çarpdıran qonaq, ölkəmizin Ermənistandan hər cəhətdən üstünlüyünü qeyd etmiş, Misirin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinə tərəfdar olduğunu söyləmişdir.
Görüşdə Azərbaycan ilə Misir arasında ikitərəfli münasibətlərin, o cümlədən siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi vurğulanmış, belə qarşılıqlı səfərlərin əməkdaşlığın daha da genişlənməsinə töhfələr verəcəyi diqqətə çatdırılmışdır.
Tədbirdə, həmçinin tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
AzərTAc{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında