Araz ƏZİMOV: ABŞ-ın Minsk qrupunda hazırkı fəaliyyəti qənaətbəxş deyildir

Azərbaycan müstəqilliyinin iyirmi ilini xarici siyasətində prioritet istiqamətlərin müəyyənləşdirilməsinə həsr etmişdir. Bizə verilən bu tarixi imkandan müdrikcəsinə və uğurla istifadə etmək istəyirdik.
Xarici işlər nazirinin müavini Araz Əzimov Vaşinqtondakı Atlantik Şurada "ABŞ-Azərbaycan münasibətləri və Cənubi Qafqaza baxış" mövzusunda çıxışında belə demişdir. O vurğulamışdır ki, Azərbaycan Avratlantik məkana inteqrasiya haqda dönməz qərar qəbul etmiş, Şərq-Qərb dəhlizinin qurulmasında mühüm rol oynamaqda davam edir. Bu qərarlar illər ərzində Azərbaycana hərdən baha başa gəlmişdir.
ABŞ ilə münasibətlərin Azərbaycan üçün əhəmiyyətli olduğunu deyən diplomat, bununla yanaşı Amerikanın Minsk qrupunda həmsədr kimi hazırkı fəaliyyətinin qeyri-qənaətbəxş olduğunu bildirmiş və bu fəaliyyətin 2008-ci ilin avqust hadisələrindən sonra nəzərəçarpacaq qədər azaldığını söyləmişdir. A. Əzimov demişdir ki, Dağlıq Qarabağ üzrə sülh danışıqlarına bir neçə amil, o cümlədən, fövqəldövlətlərin bölgədəki geosiyasi maraqları, bölgədənkənar cərəyanlar və ən əsası isə, ATƏT-in vasitəçilik etdiyi danışıqlarda qurumun təsis prinsiplərinə etinasız yanaşma mənfi təsir göstərir. O demişdir: "Mən, Vaşinqtonda həmişə deyirəm ki, münaqişə Azərbaycanın inkişafının qarşısını almayacaqdır. Amma ərazi bütövlüyümüzün bərpası bizim üçün həmişə prioritet olacaqdır. Biz, həll yolunun sadə olduğuna inanırıq: azərbaycanlı məcburi köçkünlər öz yurdlarına qayıtmalı və onların təhlükəsizliyi təmin olunmalıdır. Bu, tək ətraf ərazilər deyil, Dağlıq Qarabağın özünə də aiddir. Daha sonra isə Ermənistan Cənubi Qafqazdakı iqtisadi layihələrə daxil edilə bilər". Xarici işlər nazirinin müavini danışıqlarda Ermənistanın mövqeyinə münasibət bildirərək demişdir ki, Yerevanın Kəlbəcər və Laçın bölgələrini girov saxlamaq və Laçın dəhlizinə birtərəfli nəzarət etmək cəhdləri ermənilərin əməkdaşlıq, bölgədə birgə yaşamaq istəklərinin qeyri-səmimi olduğundan xəbər verir. Bu strategiya və bu oyun heç bir nəticə verməyəcək.
Xarici işlər nazirinin müavini Araz Əzimov ABŞ ilə ikitərəfli məsləhətləşmələrin keçirilməsi üçün Dövlət Departamentinin dəvəti ilə dekabrın 20-22-də Vaşinqtonda işçi səfərdə idi. Səfər müddətində o, ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyində görüşlər keçirmişdir. Dövlət Departamentində keçirilmiş görüşlərdə ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən 2012-2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Müdafiə Nazirliyində A.Əzimov Azərbaycan ilə ABŞ arasında hərbi və təhlükəsizlik sahəsində mövcud olan əməkdaşlıq barədə fikir mübadiləsi aparmışdır.

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında